Sizin Reklam Burada
Xəbər lenti
24-06-2026
23-06-2026
BÜTÜN XƏBƏRLƏR

İtaliyada oyun zamanı futbolçu güllələndi

Tarix: 24-06-2026 21:28     Baxış: 328 A- / A+
İtaliyanın Neapol şəhərində 21 yaşlı həvəskar futbolçu Lorenso Spasiano minifutbol oyunu zamanı baş verən qayda pozuntusu ilə bağlı qızğın mübahisədən sonra güllələnərək öldürülüb.

Bu barədə Britaniyanın "Need To Know" portalı xəbər yayıb.

Lorenso Spasiano dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İstintaqın məlumatına əsasən, qətl mart ayının sonunda yerli futbol meydançasında baş vermiş insidentdən sonra yaranan uzunmüddətli düşmənçiliyin nəticəsi olub. Boksla da məşğul olan Spasiano oyun zamanı özündən daha gənc rəqibi ilə qayda pozuntusu səbəbindən mübahisə edib. Şifahi mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib və vəziyyəti sakitləşdirmək üçün digər oyunçuların dostları müdaxilə etməli olublar.

Hadisədən sonra tərəflər arasında gərginlik aylarla davam edib, münaqişə küçə davalarına qədər uzanıb. Bəzi məlumatlara görə, Spasiano həmin qarşıdurmalarda üstün tərəf olub.

Qətldə şübhəli bilinən şəxs eyni bölgədə yaşayan 16 yaşlı yeniyetmədir. Məlumata görə, onun Neapolun məşhur Lo Russo klanı ilə ailə əlaqələri mövcuddur. Mənbələr bildirirlər ki, yeniyetmə Spasianonu mesencer vasitəsilə dəfələrlə təhdid edib. Lakin həmin təhdidlərin polis tərəfindən rəsmi qaydada qeydə alınmadığı qeyd olunur. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar