Sizin Reklam Burada
Xəbər lenti
23-06-2026
22-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ölümündən sonra orqan donoru olmağa razılıq verən şəxslərin sayı

Tarix: 24-06-2026 09:27     Baxış: 428 A- / A+
Azərbaycanda ölümündən sonra orqan donoru olmağa razılıq verən şəxslərin sayı 1600 nəfəri ötüb.
Manevr.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. 
Bildirilib ki, təkcə 2026-cı ilin ilk 5 ayı ərzində təxminən 300 nəfər ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayıb.
Məlumata görə, hazırda orqan və toxuma transplantasiyası üçün gözləmə siyahısında 1400-ə yaxın şəxs qeydiyyatdadır. Gözləmə siyahısında olan xəstələr arasında isə ən çox ehtiyac duyulan orqan böyrəkdir.
"2026-cı ilin əvvəlindən bu günədək ölkədə ümumilikdə 120-yə yaxın transplantasiya əməliyyatı həyata keçirilib. Bunların 50-dən çoxunu böyrək, 30-a yaxınını qaraciyər, 20-yə yaxınını sümük iliyi və 20-yə yaxınını isə buynuz qişa (kornea) transplantasiyası təşkil edib.
Bu göstəricilər ölkədə transplantasiya xidmətlərinin davamlı inkişaf etdiyini və donor sisteminin gücləndirilməsi istiqamətində görülən işlərin nəticə verdiyini göstərir", - deyə rəsmi məlumatda qeyd olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar