Sizin Reklam Burada
Xəbər lenti
23-06-2026
22-06-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhid İlqar Hümbətovun əziz xatirəsi futbol turniri ilə yad edildi -FOTOLAR

Tarix: 24-06-2026 13:22     Baxış: 529 A- / A+


   Şəhidlərimizin əziz xatirəsini uca tutmaq və gənclər arasında vətənpərvərlik ruhunu aşılamaq məqsədilə ölkəmizin müxtəlif regionlarında yerli gənclər və idman idarələri, federasiyalar və təhsil müəssisələri tərəfindən mütəmadi olaraq müxtəlif idman yarışları təşkil olunur. Bu yarışların əsas məqsədi şəhidlərimizin xatirəsini əbədi yaşatmaq, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə töhfə verməkdir.

  Belə turnirlərdən biri də şəhid Hümbətov İlqar Vüqar oğlunun əziz xatirəsinə həsr olunmuşdu.

Hümbətov İlqar Vüqar oğlu 1996-cı il iyunun 13-də Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində anadan olub. O, 44 günlük Vətən müharibəsində iştirak edib, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 2020-ci il oktyabrın 13-də şəhidlik zirvəsinə ucalıb.

Şəhidin doğum günü ərəfəsində silsilə tədbirlər keçirilmişdi.

  Növbəti futbol yarışı isə Ağsu rayonunun Dilman kənd tam orta məktəbinin stadionunda təşkil olunmuşdu. Yarışın təşkilatçısı futbol məşqçisi Xəqani Qəniyev idi.

Xəqani bəy qeyd edib ki, bu turnirin keçirilməsində məqsəd şəhid Hümbətov İlqar Vüqar oğlunun xatirəsini yad etməkdir:

"Belə turnirlərin gələcəkdə daha tez-tez keçirilməsini arzulayırıq. Hazırda yarışda dörd komanda – Şamaxı rayonunun Hacıqədirli və Ovculu kəndlərinin, həmçinin Ağsu rayonunun Dilman və Hacman kəndlərinin futbol komandaları iştirak edir. Arzu edirik ki, gələcəkdə turnirdə daha çox komanda təmsil olunsun. Qoy güclü qalib gəlsin."

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin ailə üzvləri, Ağsu Rayon İcra Hakimiyyəti başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi Vüqar Əfəndiyev, Dilman kənd tam orta məktəbinin direktoru Aynurə Heybətova, Kalva bələdiyyəsinin baş mühasibi Cövdət Süleymanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin anası Dilarə xanım çıxışında bildirib:

"Belə tədbirlərin keçirilməsi biz şəhid anaları üçün nə qədər ağrılı-acılı olsa da, bizə güc verir. Bu tədbirin təşkilatçısına və əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu, bizim üçün böyük təsəllidir. Mənim İlqar balam Vətən, xalq və torpaqlarımız uğrunda şirin canını fəda etdi. Allah məqamını uca etsin. Bütün şəhidlərimizin məqamı uca olsun. Allah qazilərimizi qorusun. Ordumuz var olsun, Vətən sağ olsun. Mən öz övladımla fəxr edirəm."

Şəhidin atası Vüqar Hümbətov da bütün şəhidlərə Allahdan rəhmət diləyib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Oyun öncəsi komandaların kapitanları da öz fikirlərini bölüşüblər.

"Hacman" komandasının kapitanı Musa Qəribov tədbirin təşkilatçılarına təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb.

"Hacıqədirli" komandasının kapitanı Tural Quliyev çıxışında şəhidlərə Allahdan rəhmət diləyərək, qələbə uğrunda mübarizə aparacaqlarını bildirib.

"Dilman" komandasının kapitanı İbrahim Qəniyev qeyd edib:

"Tədbirin təşkilatçısı Xəqani Qəniyevə şəhidlərə verdiyi dəyərə və onların xatirəsini daim yaşatdığına görə minnətdarlığımızı bildiririk. Biz də əlimizdən gələni edəcəyik ki, oyun maraqlı keçsin. Qoy güclü qalib gəlsin. Allah şəhidlərimizə rəhmət eləsin."

"Ovculu" komandasının kapitanı Elşad Qarayev isə bildirib:

"Biz Şamaxı rayonunun Ovculu kəndindən bu yarışa dəvət olunmuşuq. Turnir şəhid İlqar qardaşımızın xatirəsinə həsr olunub. Mən özüm İkinci 

Qarabağ müharibəsinin iştirakçısı və qaziyəm. Allah şəhidlərimizin valideynlərinə səbir versin. Vətənimiz daim bütöv və çiçəklənən olsun."

Daha sonra futbol yarışı başlayıb. Oyunlar böyük maraq və gərgin mübarizə şəraitində keçib. Gərgin və maraqlı qarşılaşmaların ardından turnirin qalibi Şamaxı rayonunun "Hacıqədirli" komandası olub. İkinci yeri isə "Ovculu" komandası tutub.

Hər iki komandanın üzvləri medallarla təltif olunub, qalib komandaya isə turnirin kuboku təqdim edilib.

Sonda yarış iştirakçıları və qonaqlar xatirə şəkli çəkdiriblər.


Ülviyyə Namiqqızı,
AJB üzvü

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar