Sizin Reklam Burada
Xəbər lenti
24-06-2026
BÜTÜN XƏBƏRLƏR

Sözün həkimi - Nazilə Gültacın Əsəd Cahangirə təbriki

Tarix: 25-06-2026 15:24     Baxış: 422 A- / A+

    Bəlkə də söz yaranana qədər hamı eyni millət imiş , gerçək aləmin , dünyanın mənasını o qədər anlamırmış, bir- birilərini yaxşı tanımırmışlar.  Məhz söz  insanları millətlərə ayırıb. Hərə gördüyünə bir ad qoyub. Bir qəbilənin adamları  suya, çörəyə   bir ad , başqa qəbilənin adamları  başqa  bir ad veriblər və s. Beləcə, sözləri bir yerə yığıb cümlə qurublar,  mənəvi ruh maddi aləmlə birləşib.  Sözün qanadlarında, ta gedib haralardan haralara baş vurub,  Yer üzünə yayılıblar.


   Məhz  sözün sehrində mütiləşir, müdrikləşir insan. İnsanın ən güclü silahı , insanı zalım edən də, kövrəkləşdirən də sözdü. İnsan sözün mənəviyyatına , dərin mənasına vardıqca, dəyişir, uşaqlaşır, böyüyür.  Söz dünyası   qalaq- qalaq , cild- cild kitablara belə sığışmır. Sözün qədrini bilən, onun daima yaşaması üçün mücadilə edən insanları tarix yaşadır. Sözdən özünə heykəl qoyan insanların  nə zamanın gedişindən, nə dünyanın faniliyindən  qorxusu yoxdur.

     Söz üçün bir haqq divanı, bir də tənqidçilərin divanı var. Tənqidçi sözün – sağlam sözün keşiyində dayanır. Yazılan bədii nümunələrin gözəl və gözəl olmayan tərəflərini incələyir. Söz adamını sözünə məsuliyyətli olmağa,  yazılan hər sözün  hesabını verməyə çağırır.

   Əsəd Cahangir sözün döyünən ürəyinin səsini eşidir, nəbzini tutur, halına yanır. O, ağrıyan sözün bətnindən doğulan Dünyanı bağrına basıb, başına sığal çəkir. “Dünya sözün bətnindən doğulub”- Əsəd Cahangirin  “ Kim  yatmış,  kim  oyaq “ kitabından . Yaralı sözə məlhəm qoyur, müalicə edir.İlahi sözün keşiyini çəkir Əsəd müəllim.Sözləri fikrinin süzgəcindən keçirir, yeni mahiyyət qazandırır, məzmun  verir.

 Əsəd müəllim maddi aləmdə olanların mənəvi təhlilini aparır. O, bütün varlığı, canı, qanı ilə ilahi sözün pərvanəsidir, məcnunudur.

    Onu uzaqdan bir tənqidçi, ədəbiyyat adamı kmi tanıyırdım. Yaxından tanışlığım mənim kitab təqdimatımdan başladı. Yeni çıxan kitabımın “Natəvan” da keçiriləcək imza günündə aparıcılıq etməsini xahiş etdikdə, - gətir kitabını tanış olum, cavabımı deyərəm, - dedi.

    Bilirdim ki, o, ədəbiyyatın cəfakeşidi. Ömrünü- gününü sözə fəda edən insandır.

  Tədbirim çox yaddaqalan oldu. Onun uğurlu olmasında  əsas  yük Əsəd müəllimin  çiyinlərinə düşdü.

   Əsəd müəllim ilk baxışdan  ciddi adam təsiri bağışlayır.  Ancaq yaxından tanış olduqca görürsən ki, onun  ciddiyyətinin  altında  bir kövrəklik ,  köksünün altında məsum  qəlb gizlənib. Gözəl sözün aşiqidir, qəlbi nəğmələrlə doludur. Bu insanda həyat eşqi çox güclüdür, ona  tükənməz  daxili enerji verən SÖZDÜR.
    O, klassik ədəbiyyatdan tutmuş, müasir ədəbiyyatın bütün incilərini dönə- dönə oxuyub tədqiq edir. İnsanlara əsl sözün  mahiyyətini anlatmağa çalışır.  Özünün dediyi kimi bütövlükdə ədəbiyyatla nəfəs alır.  Bədii təfəkkürün alt qatına nüfuz edən Əsəd müəllim dünya ədəbiyyatını incələməklə məşğuldur. O, nəinki tənqidçidir, mən deyərdim ki, həm də təbliğatçıdır. Harda yaxşı əsər  yazılıb, yaxşı yazar var, onu tanıdır, təbliğ edir. Bu kitabları, bu yazarı oxuyun, mənən təmizlənin, - deyir. Çünki “ maddi çoxluğun  bütün elementləri” sözdə ifadəsini tapıb və tapmaqdadır.  Təfəkkürdən süzülən söz mənəvi qata hopduqca, insan kamilləşir, bütövləşir. Əsəd müəllimin istədiyi də budur.

  Bu gün əziz dostumuzun 60 yaşı tamam olur. Ömrün zirvəsinə qədəm qoyur. Allahdan  istədiyim budur ki, Əsəd müəllimin ilahidən hədiyyəsi   dünyanın gözəl sözlərindən ibarət söz çələngi- sağlam ömür, mənalı həyat, ilahi sevgi, tükənməz mənəvi enerji  olsun.

Əsəd müəllim deyir” söz  SÖZdən səs şəklində maddiləşərək ayrılır”. Məncə,  söz  həm də SÖZlə səs şəklində  mənəviləşərək birləşir.

Dəyərli tənqidçimizə həm maddiləşən, həm mənəviləşən əbədi söz dünyası arzu edirəm.

Nazilə GÜLTAC

Manevr.az ailəsi olaraq dəyərli Əsəd Cahangiri 60 illik yubileyi münasibətilə təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik!


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar