Xəbər lenti
Türkiyədə azərbaycanlı qadın həbs olundu

Türkiyənin Çanaqqala vilayətində R.Y. adlı yerli sakini evlənmək adı ilə aldadaraq 800 min lirə (təxminən 29200 manat) pulunu almaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
M.H. adlı azərbaycanlı qadın ölkədən qaçmağa cəhd edərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Ərzurum şəhərində ələ keçirilib.
Məlum olub ki, M.H. bir televiziya proqramında evlənmək üçün çıxan R.Y. adlı Türkiyə vətəndaşının 800 min lirə pulunu mənimsəyib.
O, R.Y. ilə evlənmək adı ilə həmin vəsaiti ondan alıb və Azərbaycana qaçmaq istəyərkən Çanaqqala Polis əməkdaşları tərəfindən Türkiyə Baş Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ərzurumda tutularaq nəzarətə alınan şübhəli M.H. iyunun 24-də məhkəmə tərəfindən həbs edilib. Hadisə ilə əlaqəsi olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. Çanaqqalanın Lapseki rayonunda tutulub və iyunun 24-də məhkəmə onu da həbs edib. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































