Sizin Reklam Burada
Xəbər lenti
25-06-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəblərə pul ilə müəllim düzəldən HƏBS OLUNDU

Tarix: 26-06-2026 17:07     Baxış: 324 A- / A+
Məktəblərə pul ilə müəllim düzəldən HƏBS OLUNDU
Abşeronda bir neçə nəfərə qarşı dələduzluq edən həbs olunub.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, 45 yaşlı Vidadi Babayev (ad və soyad şərtidir) dələduzluqda ittiham olunur.
İttiham aktına görə, o, zərərçəkmişlərə özünün Elm və Təhsil Nazirliyində, həmçinin “Asan Xidmət”də yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Bu üsulla o, bir nəfərdən qızının Yasamal rayonundakı “Asan Xidmət” mərkəzində işə düzəlməsi üçün 9 min, digər şəxsdən isə Bakıda məktəblərin birinə ibtidai sinif müəllimi keçməsi üçün 15 min manat alıb. Vidadinin “xeyirxah” əməlləri bunlarla bitməyib.
O, həmçinin bir zərərçəkəndən oğlunun Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi ixtisasında təhsil alması və digər zərərçəkəndən Ağdamın Rzalı kənd məktəbinə ingilis dili müəllimi düzəlməsi üçün hər birindən 12 min manat pul alıb. Sonuncu aldadılan şəxs isə Cəlilabadın Xəlilli kənd məktəbində riyaziyyat fənnindən dərs demək üçün Vidadiyə üz tutub. Bu “üz tutmaq” da ona 15 min manata başa gəlib. Lakin V. Babayev zərərçəkənlərə verdiyi vədləri yerinə yetirməyib.
Zərərçəkənlərin şikayətləri əsasında Vidadi Babayev saxlanılıb və barəsində dələduzluq maddəsilə cinayət işi açılıb.
Məhkəmə zamanı zərərçəkənlər onlara dəyən ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildiriblər.
Məhkəmənin qərarı ilə Vidadi Babayev 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar