Sizin Reklam Burada
Xəbər lenti
27-06-2026
26-06-2026
BÜTÜN XƏBƏRLƏR

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Tarix: 27-06-2026 22:07     Baxış: 324 A- / A+
"Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq".

Bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov bildirib ki, təhsil möhlətlərinin verilməsi qanunvericilikdə əks olunub:

"Akkreditasiyası olan, yəni həmin ölkədə təhsil fəaliyyəti ilə məşğul olan, lisenziyaya malik təhsil ocaqlarına qəbul olunmuş, orada əyani, yəni fiziki olaraq təhsil prosesində iştirak edən və müvafiq qaydada təhsil arayışına apostil verilmiş və Azərbaycan dilinə tərcümə olunan, həmçinin, notarial qaydada təsdiqlənmiş sənədləri qanunla nəzərdə tutulmuş vaxtda xidmətin yerli struktur bölmələrinə təqdim olunmuş şəxslərə təhsil möhlətləri verilir.

Təhsil möhlətlərinin verilməsində normalar mövcuddur, sadəcə, maariflənmək lazımdır. Bu mövzunu aydınlaşdırmaq üçün bir neçə məsələyə toxunacağam. Çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və ona təhsil möhləti verilir. Amma bəzi hallarda nə baş verir? Üç ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunurlarsa, bir gün, üç gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. Bir gündə, üç gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı? Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alırlar?

İnandırıram sizi, biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar. Ona görə də bu gün biz qanunvericilik normalarını gözləyirik. Təhsil möhlətlərinin verilməsi ilə bağlı qərarları biz məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq".

Mürsəl İbrahimov xaricdə təhsil almaq arzusunda olan çağırışçılara və hərbi vəzifəlilərə çağırış edib:

"Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir, onların saytında ölkəmizdə tanınan təhsil ocaqlarının siyahısı dərc olunub. Vətəndaşları çağırıram ki, bu siyahıya mütləq qaydada diqqət yetirsinlər.

Bəzən bizim vətəndaşlarımızı aldadırlar. Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq? Bu məsələ bizi çox narahat edir. Biz mütəmadi olaraq bu problemlə rastlaşırıq. Artıq xidmət olaraq, bizim bununla bağlı bəzi təkliflərimiz hazırlanır. Biz bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik. Bütün faktorlar və meyarlar ölçülməli və təhlil olunmalıdır ki, həqiqətən də, oxuyan uşaqlar zərər görməsinlər.

Burada yeni normalar yaradılmalıdır. Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alırlar. Digəri isə arayış əsasında, sadəcə, vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox... Təkliflər artıq formalaşıb. Hazırda normayaratma prosesi həyata keçirilməkdədir. Biz aidiyyəti qurumlarla bu məsələləri razılaşdırırıq. Tez zamanda normalarla bu prosesi tənzimləyəcəyik". oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar