Sizin Reklam Burada
Xəbər lenti
04-06-2026
03-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ölkədən qaçan gömrükçülər Azərbaycana gətirildilər

Tarix: 05-06-2026 08:19     Baxış: 331 A- / A+
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksəkvəzifəli əməkdaşlarını həbs edib. Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidmət mayoru Ənvər Həsən oğlu Tağıyev və həmin Baş İdarənin Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanın gömrük postunun inspektoru, gömrük xidməti mayoru Tahir Söhrab oğlu Tahiri ölkəni tərk etmişdi. Həmin şəxslər məsuliyyətdən yayınmaq üçün İrana oradan isə Ukraynaya qaçmışdılar.

Adıçəkilən iki gömrük əməkdaşı Ukraynada tutularaq Azərbaycana gətirilib.

Bildirilib ki, 6 ay keçməsinə baxmayaraq, ölkədən qaçan 2 gömrükçü 26 may 2026-cı ildə komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun müvafiq əmri ilə vəzifələrindən azad olunublar.

Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.

Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub. unikal

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar