Sizin Reklam Burada
Xəbər lenti
04-06-2026
03-06-2026
BÜTÜN XƏBƏRLƏR

Mona Liza genetik xəstəlikdən əziyyət çəkirmiş

Tarix: 04-06-2026 15:19     Baxış: 320 A- / A+


Mona Liza genetik xəstəlikdən  əziyyət çəkirmiş
Həkimlər məşhur tablodakı Mona Lizanın üz cizgilərində əks olunan nadir irsi xəstəliyi müəyyən etdiklərini bildiriblər.
Manevr.az xarici mediaya istinadla xəbər verir ki, portretdə təsvir olunan qadının xarici görünüşündə müəyyən xüsusiyyətlərin müşahidə edildiyi və bunların bəzi xəstəlik əlamətləri ilə əlaqələndirildiyi qeyd olunur.
Tibb mütəxəssislərinin ehtimallarına görə, Mona Lizada uzun müddət tanınmamış nadir xəstəlikdən əziyyət çəkən qadın təsvir olunmuş ola bilər. Söhbət xolesterin mübadiləsinin genetik pozuntusundan gedir.
Araşdırmaçılar hesab edirlər ki, Leonardo da Vinçi öz dövründə tibbin hələ tanımadığı və yalnız əsrlər sonra təsvir olunan bir xəstəliyi fərqinə varmadan rəsmə köçürmüş ola bilər.
Bəzi tədqiqatçılara görə, digər adı ilə La Gioconda olan bu portretdə təsvir edilən qadın – Lisa Gherardini – irsi xolesterin mübadiləsi pozuntusunun əlamətlərini göstərmiş ola bilər. Ehtimallara əsasən, onun 37 yaşında vəfat etməsi də bu xəstəliklə əlaqəli ola bilər.
Tədqiqatçılar tabloda bəzi vizual detallara diqqət çəkirlər. Bunlara sol göz qapağının daxili hissəsində sarımtıl ləkə və sağ əlin üst hissəsində yüngül şişkinlik daxildir. Bu əlamətlər Ailəvi hiperkolesterinemiya ilə əlaqələndirilir.
Bu vəziyyət genetik qüsur nəticəsində yaranır və aşağı sıxlıqlı lipoproteinlərin, yəni “pis” xolesterinin orqanizmdən xaric olunmasını çətinləşdirir. Nəticədə xolesterin səviyyəsi yüksəlir və ürək-damar problemləri riski artır. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu nəticələr yalnız ehtimala əsaslanır və tarixi portret əsasında qəti tibbi diaqnoz qoymaq mümkün deyil.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar