Xəbər lenti
Xankəndi şəhərinə içməli su fasiləsiz veriləcək
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşviq Adıgözəlov jurnalistlərə açıqlaması zamanı deyib.
M.Adıgözəlov bildirib ki, Xəlfəliçay və Ballıcaçay su mənbələrindən gələn sular sutəmizləyici qurğular kompleksinə daxil olur, təmizləndikdən sonra əhaliyə nəql edilir.
“Qurğunun sutəmizləmə potensialı 8 min kub gündür. Xankəndi şəhərində 104 kilometr su şəbəkəsi istismar olunur. Şəhər relyefinə görə 10 zonaya bölünüb və hər bir zona üzrə su anbarları mövcuddur. Bu zonalara 1 və 2 nömrəli sutəmizləyici qurğular xidmət göstərir”, - deyə Müşviq Adıgözəlov vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































