Xəbər lenti
"Mossad" rəhbəri bu gün vəzifəsindən getdi, İranla bağlı sensasion çağırış etdi
İsrail mətbuatının yaydığı məlumata görə, Barnea təqaüdə yola salınması münasibətilə keçirilən mərasimdə çıxış edərək bildirib ki, İsrail İranla bağlı strateji məqsədlərindən geri çəkilməməlidir. Onun sözlərinə görə, son hərbi qarşıdurmalardan sonra İran hakimiyyəti tarixinin ən çətin və zəif dövrlərindən birini yaşayır və bu vəziyyət İsrail üçün yeni imkanlar yaradır.
Keçmiş "Mossad" rəhbəri vurğulayıb ki, o, uzun illərdir İranda siyasi sistemin dəyişməsinin mümkün olduğuna inanır və bu fikrində qalır.
Barnea bildirib: “Mən inanırdım və hələ də inanıram ki, İranda reallığın rejimin devrilməsi yolu ilə dəyişdirilməsi mümkün və nail oluna biləcək məqsəddir.”
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün davamlı fəaliyyət, strateji səbir, soyuqqanlı yanaşma və missiyaya tam sadiqlik tələb olunur. O qeyd edib ki, bu istiqamət İsrail təhlükəsizlik sisteminin əsas prioritetlərindən biri olaraq qalmalıdır.
Barneanın istefa mərasimi zamanı İsrailin baş naziri Benjamin Netanyahu da İranla bağlı sərt mesajlar verib. Netanyahu bildirib ki, İran artıq çox ağır zərbələr alıb və ölkədəki mövcud rejimin təməlləri sarsılıb.
Baş nazirin sözlərinə görə, Tehran əvvəlki gücündə deyil və gələcəkdə daha ciddi daxili problemlərlə üzləşə bilər.
Xatırladaq ki, David Barnea 2021-ci ildən "Mossad"a rəhbərlik edib. İsrail hökuməti artıq onun yerinə yeni rəhbərin təyin olunmasını təsdiqləyib və yaxın günlərdə vəzifəni Roman Gofman təhvil alacaq. musavat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































