Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Tarix: 02-06-2026 21:34     Baxış: 324 A- / A+
ayna-vekile-2-manat-parklanma-pulu-odeyecek
Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub.

Vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Pərviz Məmmədov Bakı şəhərinin BülBül prospektində avtomobilini saxlayaraq “AzParking” vasitəsilə parklanma haqqı ödəyib. Lakin daha sonra həmin ərazidə dayanma-durma qadağan nişanının olduğunu əsas gətirən yol polisi ona 20 manat cərimə yazıb.

Vəkil hesab edib ki, qadağan olunmuş ərazi ödənişli parklanma məntəqəsi kimi təqdim edildiyindən hesabından tutulan 2 manat da əsassız ödəniş sayılmalıdır. Bu səbəbdən o, pulun geri qaytarılması tələbi ilə AYNA-ya qarşı məhkəmə iddiası qaldırıb.
Xəbəri rus dilində oxuyun: 

AYNA-nın nümayəndəsi isə bu iddianı qəbul etməyib. Nümayəndə Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda belə arqument gətirib ki, avtomobil faktiki olaraq həmin ərazidə saxlanıldığı üçün parklanma haqqı qanuni qaydada tutulub. Bu əsasla vəkilin iddiasının rədd edilməsi xahiş olunub.

İşlə tanış olan hakim Nərgiz Tağıyeva isə vəkilin tələbini əsaslı sayıb. Nəticədə AYNA-dan Pərviz Məmmədovun xeyrinə 2 manat parklanma haqqının, əlavə olaraq məhkəməyə müraciət üçün xərclənən 30 manat dövlət rüsumunun tutulmasına qərar verilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar