Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 2800 illik yazı tapıldı

Tarix: 02-06-2026 15:50     Baxış: 411 A- / A+
Naxçıvan Muxtar Respublikası ərazisində təşkil olunan arxeoloji səfər zamanı təxminən 2800 il yaşı olan qayaüstü Urartu mixi yazılı mətnin yeri müəyyən edilib.
Manevr.az xəbər verir ki, "İlandağ yazısı" 30 illik axtarışlardan sonra nəhayət aşkarlanıb və elmi tədqiqat üçün yenidən qeydə alınıb.
Yazıda Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi səfəri barədə məlumat verilir. Bildirilir ki, onlar indiki Ərəzin kəndindən keçərək Araz çayının cənubunda Puluadi ölkəsində Tanrı Xaldiyə qurban mərasimi keçiriblər. Araşdırmalara əsasən, Urartuların Naxçıvana hücumları uğursuz olub. Sisianda tapılan yazıya istinadla qeyd edilir ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onlara xərac verməklə öz müstəqilliyini qoruyub saxlayıb.
Arxeologiya və Antropologiya İnstitutundan Bakupost.az -a verilən məlumatına görə, İlandağ ərazisində e.ə. VIII əsrə aid qayaüstü Urartu mixi yazısının yeri 1 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Xaraba-Gilan ekspedisiyasının iştirakı ilə müəyyən edilib:
"XX əsrin 80-ci illərinin sonunda Naxçıvan MR-in İlandağ ərazisində qaya üzərində həkk olunmuş mixi yazılı mətn aşkar edilərək elmi dövriyyəyə daxil edilmişdi. Lakin abidənin yeri dəqiq göstərilməmişdi. Sonrakı illərdə dəfələrlə axtarışlar aparılsa da, onun yerini müəyyən etmək alınmayıb.
Mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub.
Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub:
"Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar.... o, Haldi tanrısı üçün bir stela ucaltdı. Puluadi torpağında bir ritual tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına [bir öküz] və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar