Sizin Reklam Burada
Xəbər lenti
01-06-2026
31-05-2026
BÜTÜN XƏBƏRLƏR

Döyüşünə biletlər 4 dəqiqəyə satıldı

Tarix: 02-06-2026 11:01     Baxış: 323 A- / A+

İrlandiyalı MMA ulduzu Konor Makqreqorun UFC-yə qayıdışı böyük marağa səbəb olub.

Manevr.az xəbər verir ki, döyüşçünün uzun fasilədən sonra iştirak edəcəyi ilk qarşılaşmanın biletləri rekord sürətlə satılıb. Azarkeşlər iyulun 11-də Las-Veqasda keçiriləcək "UFC 329" turnirinə böyük maraq göstəriblər.
Konor Makqreqor həmin gecədə amerikalı döyüşçü Maks Holloueylə üz-üzə gələcək. Bildirilir ki, satışa çıxarılan bütün biletlər cəmi bir neçə dəqiqə ərzində tükənib.
Turnirin ən bahalı yerləri üçün nəzərdə tutulan biletlərin qiyməti on minlərlə dollar təşkil edib. Arenanın yuxarı hissələrində yerləşən ən sərfəli biletlər də kifayət qədər yüksək qiymətə satılıb.
Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci ildə oktaqona çıxmışdı. Həmin döyüşdə Dastin Poryeyə məğlub olan irlandiyalı idmançı ağır zədə almış və uzun müddət rəsmi qarşılaşmalardan kənarda qalmışdı. Onun geri dönüşü döyüş həvəskarları tərəfindən böyük maraqla gözlənilir./milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar