Rusiyanın Saratov şəhərində yerləşən neft emalı zavodu dronların hədəfinə çevrilib. UNIAN-ın məlumatına görə, mayın 31-nə keçən gecə müəssisəyə zərbə endirilib və zavod ərazisində genişmiqyaslı yanğın başlayıb.
Monitorinq Telegram kanallarının yaydığı məlumata əsasən, şəhərdə gecə saat 03:00 radələrində partlayış səsləri eşidilib. Yerli sakinlər zavod ərazisində yanğınla bağlı foto və videolar paylaşıblar.
Bildirilir ki, Saratov neft emalı zavodu “Rosneft” şirkətinin strukturuna daxildir və Volqaboyunda ən qədim neft emalı müəssisələrindən biri hesab olunur.
Qeyd edək ki, Rusiya tərəfi dron hücumunun rəsmi olaraq birbaşa Ukraynanın etdiyini deməsə də, mənbələr qeyd edir ki, hücum Ukrayna tərəfindən həyata keçirilib.
Xəbər lenti
Rusiyanın Saratov şəhərindəki neft emalı zavodunda dron zərbəsi nəticəsində yanğın olub

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































