Sizin Reklam Burada
Xəbər lenti
01-06-2026
31-05-2026
BÜTÜN XƏBƏRLƏR

Səhər yorğun və halsız oyananların diqqətinə!

Tarix: 02-06-2026 09:17     Baxış: 315 A- / A+


Səhər yuxudan durduğunuz anda özünüzü yorğun, halsız və enerjisiz hiss edirsinizsə, bunun səbəbi təkcə yuxusuzluq olmaya bilər. Bəzən orqanizm analizlərlə aşkar edilə bilən problemlər barədə siqnal verir.
Manevr.az medicina.az-a istinadən halsızlıq və yorğunluqda vacib analizləri təqdim edir:
1. Ferritin (Dəmir Ehtiyatı)
Ferritin aşağı olduqda insan özünü yorğun, halsız və gücsüz hiss edə bilər. Hətta hemoglobin normal olsa belə, ferritin azlığı əlamətlər yarada bilər.
2. B12 Vitamini
B12 çatışmazlığı yorğunluq, unutqanlıq, başgicəllənmə və sinir sistemi şikayətlərinə səbəb ola bilər.
3. D Vitamini
D vitamini azlığı əzələ zəifliyi, yorğunluq, sümük ağrıları və enerji azalması ilə əlaqələndirilir.
4. TSH, T3 və T4
Qalxanabənzər vəzin zəif işləməsi səhərlər ağır oyanmağa, halsızlığa və çəki artımına səbəb ola bilər.
5. Qan Şəkəri və HbA1c
Qan şəkərindəki dalğalanmalar gecə yuxusunun keyfiyyətinə və səhər enerjisinə təsir edə bilər.
6. İnsulin və HOMA-IR
İnsülin dirənci olan insanlarda səhər yorğunluğu və gün ərzində enerjisizlik tez-tez rast gəlinir.
7. Tam Qan Analizi
Qanazlığı, gizli infeksiyalar və digər problemlər haqqında vacib məlumat verir.
8. Maqnezium
Maqnezium azlığı yuxu problemləri, əzələ gərginliyi və yorğunluq hissi yarada bilər.
9. Qaraciyər və Böyrək Göstəriciləri
ALT, AST, kreatinin və digər göstəricilər bədənin ümumi vəziyyətini qiymətləndirməyə kömək edir.
10. Kortizol
Bəzi hallarda stress hormonunun pozulmuş ritmi səhərlər yorğun oyanmağa səbəb ola bilər.
Əgər səhərlər uzun müddətdir yorğun oyanırsınızsa, bunu sadəcə yaş, hava və ya stresslə əlaqələndirməyin. Bəzən orqanizm analizlər vasitəsilə aşkar edilə bilən bir problemi xəbər verir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar