Sizin Reklam Burada
Xəbər lenti
31-05-2026
30-05-2026
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsi anıldı - Şəkillər

Tarix: 31-05-2026 22:01     Baxış: 311 A- / A+
Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsi anıldı - FOTOLAR
31 may-Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Azərbaycan Hava Yollarının (AZAL) təyyarə bələdçilərindən ibarət heyəti Hökumə Əliyevanın ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib.

Ziyarətçilər Hökumə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər və onun şücaətli həyat yolunu böyük hörmətlə anıblar.

AZAL heyəti Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun da əziz xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Manevr.az 







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar