Sizin Reklam Burada
Xəbər lenti
03-06-2026
02-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bankomatlarda barmaq izi ilə əməliyyat... -Şəkil

Tarix: 03-06-2026 22:20     Baxış: 231 A- / A+
Son vaxtlar bəzi bankların yeni nəsil ATM-lərində yerləşdirilən “Fingerprint” (barmaq izi) modulu vətəndaşların diqqətini çəkib. ABB, “Kapital Bank” və “Unibank” kimi bankların bir sıra bankomatlarında görünən bu qurğunun hansı məqsədlə quraşdırıldığı və hazırda istifadə olunub-olunmadığı ilə bağlı suallar yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) eskperti Azər Rəsulov bildirib ki, ATM-lərdə yerləşdirilmiş “Fingerprint” modulu hazırda aktiv istifadə rejimində deyil. Bu səbəbdən toxunma zamanı hər hansı reaksiya müşahidə olunmur.

“Hazırda müştərilər tərəfindən barmaq izi vasitəsilə əməliyyat icrası mümkün deyil. Banklar alternativ və daha təhlükəsiz autentifikasiya üsullarına üstünlük verirlər. Xüsusilə mobil tətbiqlər üzərindən biometrik təsdiq və QR kod əsaslı kartsız əməliyyat mexanizmləri prioritet istiqamət kimi qiymətləndirilir. Bu səbəbdən yaxın perspektivdə barmaq izi üzərindən ayrıca əməliyyat funksionallığının tətbiqi planlaşdırılmır”, - o qeyd edib.

A.Rəsulov vurğulayıb ki, mövcud mərhələdə “Fingerprint” texnologiyasının PIN kodu tam əvəz etməsi də nəzərdə tutulmur:

“Banklar təhlükəsizlik baxımından çoxfaktorlu autentifikasiya mexanizmlərinə üstünlük verirlər.

Barmaq izi texnologiyasının ayrıca xidmət kimi tam istifadəyə verilməsi ilə bağlı hazırda təsdiqlənmiş tətbiq planı mövcud deyil.

Hazırda ATM-lərdə barmaq izi məlumatlarının toplanılması, saxlanılması və ya hər hansı dövlət informasiya bazası ilə inteqrasiyası həyata keçirilmir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar