Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda həkimlər süni intellekt öyrənəcəklər

Tarix: 03-06-2026 14:02     Baxış: 321 A- / A+
Azərbaycanda həkimlər süni intellekt öyrənəcəklərTibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.
Manevr.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimat mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, bu reyestrlər vətəndaşların sağlamlıq göstəricilərinin, müalicə, peyvənd, laborator müayinə nəticələrinin, resept və digər sağlamlıq məlumatlarının vahid strukturda saxlanılmasını və səhiyyə müəssisələri arasında standartlaşdırılmış şəkildə mübadiləsini təmin edir.
"Məlumatların vahid informasiya məkanında toplanması süni intellektdən də istifadə etməklə dərin təhlil aparmağa, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetməyə və gələcək səhiyyə strategiyalarını inkişaf etdirməyə imkan verəcək. Rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünü təmin etmək məqsədilə tibbi məlumatların maliyyə sistemləri də daxil olmaqla digər dövlət informasiya sistemləri ilə inteqrasiyası təmin ediləcək", - nazir qeyd edib.
O qeyd edib ki, növbəti tədris ilindən “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kurslar keçiriləcək.
"İlboyu davam edəcək təlim proqramları bütün tibb ixtisasları üzrə mütəxəssisləri əhatə edəcək və səhiyyə sisteminin rəqəmsal transformasiyasına dəstək verəcək", - nazir qeyd edib.
Teymur Musayev həmçinin bildirib ki, rəqəmsal transformasiya güclü kibertəhlükəsizlik mexanizmləri tələb edir.
"Fərdi tibbi məlumatların qorunması, məxfiliyin təmin edilməsi və ictimai etimadın gücləndirilməsi qarşıda duran ən vacib vəzifələrdəndir. Rəqəmsal sistemlər genişləndikcə kibertəhlükəsizlik səhiyyə təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan, rəqəmsal transformasiya təkcə səhiyyənin modernləşdirilməsinə deyil, həm də milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığına töhfə verməkdədir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar