Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Müzakirələr başladı

Tarix: 03-06-2026 09:46     Baxış: 316 A- / A+


Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur.

Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərslərin yenidən köhnə cədvəl üzrə keçirilməsi mümkündürmü?

Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva Azərbaycanda dərs ilinin 15 sentyabrda başlayıb 14 iyunda bitməsi məsələsinə yenidən baxmaq olar deyib:

"Çünki valideynlərin iyun ayı ilə bağlı narahatlığı reallığa əsaslanır. Yüksək temperatur uşağın diqqətinə, yaddaşına və dərsi qavramasına təsir edir. Elmi araşdırmalar da göstərir ki, isti sinif otaqlarında öyrənmə keyfiyyəti aşağı düşür. Uşaqlar daha tez yorulur, diqqəti dağılır. Lakin sentyabr ayının əvvəli də iyun ayı qədər isti keçir. Odur ki, bu dəyişikliyin effektiv olacağını güman etmirəm".

Sona Əliyeva bildirib ki, indiki dərs təqvimi ilə tədris 34 həftədir:

"1 sentyabr-25 may modelində tədris müddəti 32-33 həftəyə qədər qısalır. Lakin belə olan halda dərs saatlarının sayı artacaq ki, bu da uşaqlar üçün əlavə yükdür. Yəni çevik model kimi çox isti aran rayonlarında tədris ilinin müddətində və ya dərs saatlarında dəyişiklik ola bilər. Hər bir halda isə daha doğru olan fənn kurikulumlarının sadələşdirilməsidir. Şagird özünü daim ağır dərs proqramının təzyiqi altında hiss edəcəksə, məktəbə həvəssiz gedəcək. Odur ki, əsas məqsəd uşağın sağlam, rahat və öyrənə bildiyi məktəb mühitini yaratmaq olmalıdır. Təhsil təqvimi də bu reallığa uyğun qurulmalıdır".

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar