Xəbər lenti
Qərbi Azərbaycanın irsinin araşdırılması üçün yeni memorandum imzalandı

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb.
Manevr.az xəbər verir ki, Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcması əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Memorandumun əsas məqsədi BDU və Qərbi Azərbaycan İcması arasında elm, təhsil, tədqiqat, mədəni irsin qorunması və təbliği, tarixi yaddaşın öyrənilməsi, insan kapitalının inkişafı və ümumi maraq doğuran digər sahələr üzrə əməkdaşlıq münasibətlərinin qurulması, genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu əməkdaşlıq Qərbi Azərbaycanın tarixi, coğrafiyası, demoqrafiyası, etnoqrafiyası, mədəni irsi, toponimiyası, hüquqi məsələləri və digər əlaqəli istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, maddi, qeyri-maddi mədəni irsin araşdırılması, sənədləşdirilməsi, qorunması və geniş ictimaiyyətə çatdırılmasında birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































