Sizin Reklam Burada
Xəbər lenti
04-06-2026
03-06-2026
BÜTÜN XƏBƏRLƏR

15-19 yaşlılar arasında 3244 abort: Səbəblər nədir?

Tarix: 04-06-2026 16:45     Baxış: 322 A- / A+
15-19 yaşlılar arasında 3244 abort: Səbəblər nədir? (ŞƏRH)
Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatı yayılıb. Hesabatda Səhiyyə Nazirliyinin 2025-ci il üzrə abort statistikası da əks olunub. Statistikaya əsasən, ötən il 95 117 abort qeydə alınıb. Ən narahatedici məqam isə 3 244 abortun 15–19 yaş arası qızlar tərəfindən etdirilməsidir. Onlardan 66-sı 15–17 yaş aralığındadır.

Bu rəqəmlərdən sonra ortaya çıxan əsas sual isə budur: insanlar niyə uşaq dünyaya gətirməkdən çəkinirlər?

Manevr.az
-ın məlumatına görə, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələyə təkcə demoqrafik və iqtisadi baxımdan yanaşmaq kifayət deyil:

"Bu, insanın psixoloji dünyası, dəyərlər sistemi, gələcəyə baxışı və ailə institutuna münasibəti ilə bağlı mürəkkəb sosial-psixoloji prosesdir. Müasir dövrdə insanlar əvvəlki nəsillərlə müqayisədə valideynlik məsuliyyətinə daha fərqli yanaşırlar. Əgər keçmişdə ailə qurmaq və övlad sahibi olmaq həyatın təbii mərhələsi sayılırdısa, bu gün bir çox insan bu qərarı verməzdən əvvəl daha çox düşünür, öz imkanlarını qiymətləndirir və gələcəklə bağlı suallara cavab axtarır. Bu isə həm məsuliyyət hissinin artdığını, həm də narahatlıq və tərəddüdlərin çoxaldığını göstərir".

Onun sözlərinə görə, əsas psixoloji faktorlardan biri gələcəklə bağlı qeyri-müəyyənlik hissidir:

"İnsanlar övlad sahibi olmağın yalnız sevinc deyil, eyni zamanda böyük məsuliyyət olduğunu dərk edirlər. Uşağın sağlam böyüməsi, düzgün tərbiyəsi, keyfiyyətli təhsil imkanları və təhlükəsiz mühitdə yetişməsi ilə bağlı düşüncələr bəzi insanlarda narahatlıq yaradır. Nəticədə valideynlik istəyi olsa belə, bu qərar təxirə salına bilir".
 
Psixoloq qeyd edib ki, bu məsələdə maarifləndirmənin rolu böyükdür:

"Bəzən insanlar valideynlik barədə məlumatları elmi mənbələrdən deyil, sosial şəbəkələrdən və ya subyektiv təcrübələrdən alırlar. Bu zaman valideynlik prosesi olduğundan daha çətin və ağır təqdim oluna bilər. Halbuki elmi yanaşma göstərir ki, düzgün sosial dəstək və psixoloji hazırlıq valideynlik prosesini daha sağlam və rahat edə bilər".

Elnur Rüstəmov əlavə edib ki, son illərdə psixoloji sağlamlığa diqqətin artması da bu qərarlara təsir edir:

"İnsanlar emosional vəziyyətlərinə daha çox diqqət yetirir, ailədaxili münasibətlərin keyfiyyətini daha ciddi qiymətləndirirlər. Bəzi hallarda insanlar əvvəlcə öz psixoloji vəziyyətlərini sabitləşdirməyə, münasibətlərini möhkəmləndirməyə üstünlük verirlər, daha sonra valideynlik barədə qərar verirlər".

Onun fikrincə, burada ailə dəyərlərinin təbliği və məsuliyyətli valideynliklə bağlı maarifləndirmə xüsusi əhəmiyyət daşıyır:

"İnsanlara yalnız uşağın dünyaya gətirilməsi deyil, onun sağlam inkişafı, ailə münasibətləri və valideynlik bacarıqları barədə də məlumat verilməlidir. Bu cür maarifləndirmə qorxu və narahatlıqları azalda, daha düzgün qərarların verilməsinə kömək edə bilər”.

Psixoloq bildirib ki, iqtisadi amillər də mühüm rol oynasa da, məsələ təkcə maddi səbəblərlə izah olunmur:

"Bəzən kifayət qədər yaxşı maddi imkana malik insanlar da valideynlik qərarını gecikdirir. Bu isə problemin daha çox psixoloji, sosial və dəyər yönümlü olduğunu göstərir”.

Sonda Elnur Rüstəmov qeyd edib ki, bu məsələyə kompleks yanaşma vacibdir:

"Cəmiyyətdə ailə institutunun möhkəmləndirilməsi, valideynlik mədəniyyətinin inkişafı, gənclərin ailə həyatına hazırlanması və maarifləndirmə işlərinin genişləndirilməsi həm sağlam ailələrin formalaşmasına, həm də daha məsuliyyətli qərarların verilməsinə müsbət təsir göstərə bilər”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar