Xəbər lenti
“Dağıdın gözünüzə yığdığınız kitab külünü, repressiya sevdalıları” — Emil Rasimoğlu
Emil Rasimoğlu şair-publisist,Azərbaycan Yazıçılar Birliyinin üzvü
Adamlar və ağacların Əkrəm Əylislisinin — məhz bugün “37 repressiyasının portreti”nə çevrilən dövrümüzün Əylisli Əkrəminin qarşıdan gələn yubiley ili münasibətilə... (Onun!) qələminin manerasını, o qələmin sahibinə edilən olmazın haqsızlıqlarını, eyni zamanda (onun şəxsində) YAZIÇI MİSSİYASInı, YAZIÇI AZADLIĞInı və ümumən MƏTNDAXİLİ TƏHLİL MEXANİZMİni (bütün bunlarla bərabər mövcud “Daş yuxular”ın həqiqi ədəbi genetikasını, ideya xarakterini!) ehtiva edən (təqdim etdiyim) “KİTABLARIN KÜLÜNDƏN ƏDƏBİYYATIN ÜZÜNƏ DOĞRU...” adlı məlum YAZImın ətrafında açılan müzakirələrin əksəriyyətinin hay — küyə, şüuraltı əsassız, yanlış nifrətə, populizmə, korkoranə, qeyri-ciddi yanaşma tərzinə söykənməsi (hətta kitab külünə bənzəməsi!) də ƏSLİNDƏ, (həm də!) təbii məsələdir...
Həm də təbii məsələdir ONA GÖRƏ Kİ(!), ədəbiyyatın, sənətin, yaradıcı laboratoriyanın, ELƏCƏ DƏ yazıçı azadlığının, yazıçı missiyasının gerçək, fəlsəfi, ümumbəşəri mahiyyəti üzrə MÜZAKİRƏLƏRİ yalnız (və yalnız!) kütlənin (kütlə psixologiyalı şəxslərin), həmçinin, hansısa “maraqlar” naminə özünü “kütlə pəncərəsi”ndən baxmağa (çıxış etməyə!) vadar edən əlidaşlıların “potensialı”, “vərdişi”çərçivəsində YOX(!), FƏRDlərin İDRAKİ GÜCü müstəvisində görmək mümkündür.
Baxın, elə bu an xatırlatmaq yerinə düşər Kİ... İstənilən bir bədii əsər (elə Əkrəm Əylislinin təbirincə desək) bir BƏDİİ ORQANİZMdir... Məhz, onu təhlil etmək, qiymətləndirmək, şərh etmək üçün ÜÇ AMİL mütləqdi:
OXUMAQ... DƏRK ETMƏK (GERÇƏK SƏNƏTİN TƏRKİBİ MAHİYYƏTİNƏ ÇATACAQ İDRAK, DÜNYAGÖRÜŞ)... və ƏDALƏT!
Bu ÜÇ AMİLin biri yoxdusa sən həmin əsərlə bağlı YANLIŞ NƏTİCƏyə, YANLIŞ DƏYƏRLƏNDİRMƏyə gələcəksən... və gəlməlisən də!
... Və ilin-günün (heç olmasa!) bu çağında əgər bacarırsınızsa(!).. dağıdın gözünüzə yığdığınız kitab külünü, qurtulun kitab tüstüsündən, ay gözəlim məmləkətin xanım əfəndiləri, bəy əfəndiləri — repressiya sevdalıları!..
... Yeri gəlmişkən, onu da deyim Kİ, bu vaxtacan da Əkrəm Əylisli ilə bağlı (haqlı olaraq!) kifayət qədər, silsilə şəkildə fundamental yazılar yazmış, fikirlər ortaya qoymuşam. Qələmə aldığım bütün bu yazıların hər biri necə deyərlər, nöqtə — vergülünə qədər bu məmləkətdə qələminin ağ rəngli taleyinə divan tutulan çağımızın 90 yaşlı Əylisli Əkrəminin şəriksiz və danılmaz haqqıdır!..
Çalışın siz də o HAQQI görə biləsiniz, cənab repressiya sevdalıları!..
Görüşənədək!..
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































