Sizin Reklam Burada
Xəbər lenti
04-06-2026
03-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu qəpiyi gətirənə 66 min verirlər -Şəkil

Tarix: 04-06-2026 22:13     Baxış: 330 A- / A+
Türkiyədə kolleksiyaçılar arasında maraq doğuran nadir sikkələrdən biri rekord qiymətə satışa çıxarılıb. Onlayn satış platformalarından birində Türkiyə Böyük Millət Məclisinin açılışının 50 illiyi münasibətilə zərb edilmiş xatirə sikkəsi üzərindəki istehsal qüsuruna görə 66 min 500 lirəyə təklif olunur.

Söhbət 1920–1970-ci illəri əhatə edən yubiley münasibətilə buraxılmış, 16 qram çəkisi olan gümüş 25 lirəlik xatirə sikkəsindən gedir. Məlumata görə, bu sikkədən ümumilikdə 23 min ədəd hazırlanıb.

Elan sahibi sikkənin “çox nadir” kateqoriyasına aid olduğunu bildirir. Bunun səbəbi isə üzərindəki Atatürk portretində görünən zərb xətasıdır. Məlumata görə, portretin göz hissəsində istehsal qüsuru yaranıb – sol göz böyük, sağ göz isə kiçik və qapalı formada təsvir olunub. Kolleksiyaçılar arasında bu cür səhv zərb edilmiş sikkələr daha qiymətli hesab edilir.

Elanda sikkənin vəziyyəti “çox yaxşı” kimi göstərilib. Hazırda həmin nümunə 5 faiz endirim tətbiq olunduqdan sonra 66 min 500 türk lirəsinə satışa çıxarılıb. Satışda cəmi bir ədəd olduğu və pulsuz çatdırılma imkanının təqdim edildiyi qeyd olunur.

Numizmatika mütəxəssisləri bildirirlər ki, nadir istehsal qüsurları olan sikkələr zamanla kolleksiya bazarında adi nümunələrdən qat-qat yüksək qiymətə alınıb-satıla bilir. Bu səbəbdən bəzi kolleksiyaçılar belə nümunələri investisiya vasitəsi kimi də qiymətləndirirlər. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar