Sizin Reklam Burada
Xəbər lenti
22-01-2026
21-01-2026
BÜTÜN XƏBƏRLƏR

Rəşid Behbudovu təhqir edən yazıçı üzr istədi: "Bir az diqqətsizlik etmişəm" - FOTO

Tarix: 22-01-2026 18:33     Baxış: 324 A- / A+
Rəşid Behbudovu təhqir edən yazıçı üzr istədi: "Bir az diqqətsizlik etmişəm" - FOTO
Yazıçı Şərif Ağayar kişi müğənnilərin oxuyarkən qadın səsi çıxarması barədə dediklərinə görə üzr istəyib.
Manevr.az xəbər verir ki, buna səbəb onun fikirlərini ifadə edərkən qeyri-etik ifadələr işlətməsi olub.
Onun bu sözləri cəmiyyətdə sənət adamları arasında müzakirələrə və kəskin narazılıqlara səbəb olub.
Ş.Ağayar sosial şəbəkələrdə yazaraq dediyi sözlərə görə Rəşid Behbudovun ailəsindən  üzr istəyib:
“Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi. Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün Rəşidsevərlərdən üzr istəyirəm. 
Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam. 
Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar. Hamınıza sayğılarla...”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ş.Ağayar sözügedən paylaşımında Rəşid Behbudov və Teymur Əmrahın adını çəkərək kişi müğənnilərin öz səsi ilə oxumadığını bildirib. O, insanları müğənnilərə yüz minlərlə pul xərclədiklərinə görə qınayıb./ölkə.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar