Xəbər lenti
Bu pensiyalar 53 manat artırılır

Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcənin 41 faizini təşkil etməklə 17,1 milyard manat həcmində nəzərdə tutulub:
"Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır. Pensiyaların minimum məbləğinə görə Azərbaycan dollar ekvivalenti ilə MDB məkanında ikinci yerdə, orta aylıq məbləğinə görə isə birinci yerdə qərar tutur. Əvvəlki illərdə olduğu kimi, cari ildə də əvəzetmə əmsalı orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbəti 50,4 faiz təşkil etməklə Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasının tələblərinə cavab verəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































