Xəbər lenti
Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanıldı - VİDEO
Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































