Xəbər lenti
"...yağış yağanda eyni rəngdə bozarır hər evin payızı" - Cavid Fərzəlinin şeiri
Cavid Fərzəli***
Kaş sən biləydin, Penelopa
Rəsmlərdə yağış yağanda eyni rəngdə bozarır hər evin payızı,
axsaq buludlardan intiqam alır zamanın vaşaq yerişi.
Axı mən burda
bir qatilin kirli göz yaşlarında çirkaba batıram,
kəpənək ovuclarım payızın qollarında mürgüləyir.
Göy üzünün ayaqlarını ağacların qapısından qovur şəkillərim,
bir uşaq rəsmdəki divarların gözünü çıxarır.
Kaş sən biləydin,
artıq doğma səkiləri yaddaşımdan silir ayaqqabılarım.
Darıxmaq,
sənin cəhənnəminin ciyərlərindən nəfəs almaqdır.
Gecəyə yarasa pərdəsi çəkir darıxmağım,
ay işığının üzünü pəncərədən çölə atır.
Sənin gözlərin hələ də planşetin ekranında
başını qatır.
Bir bilsəydin,
çeynənmiş gülüşlərin dodaqlarında,
ovucları oğurlanmış dilənçi küçələrdə
necə darıxıram indi.
Darıxıram,
vətən xaini kimi,
körpəsini zibiliyə atan bir ana kimi.
Divardan ayaq altına düşən kilim kimi.
Mən özümü asdığım kəndir,
sənin boğazından keçən çörəkdir.
Sulardan oyuncaq gəmiləri dərir əllərim,
darıxmaqdan ayaqüstə
dörd yumaq içində vurnuxur kölgəm.
Köhnə bir ev telefonunda unuduluram,
daha bir parça kağızdan da gəlmir səsin.
Qolların lal asılır çiyinlərindən,
həsrətini qələbə marşı oxuyan küçəyə bağlayarsan.
Ayrılığın ac gözlüyündən qorxarsan,
cığal bir uşağın ağlamağı qədər göz yaşların böyüyər.
Bir qarışqanın gücünə möhtac qalanda,
bir əşyanı itirmiş kimi
əllərini itirərsən.
Neft lampasının gözündən zəhərli bir günəş düşər,
tündləşər kölgəm.
Çəhrayı güzgülər küçələrin üzünü unudar.
Barmaqlarının gözlərindən darıxmaq tökülür,
Albənövşəyi işıqlar rəqs edərkən
bağrı çatlayar pianonun.
Günəş dünəndən soyuyur.
Darıxmağım yenə səhərin ağzında gözlərini yumur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























