Sizin Reklam Burada
Xəbər lenti
22-01-2026
21-01-2026
BÜTÜN XƏBƏRLƏR

Çətir məsələsi böyüyür: “Əsas odur ki, Ramiz Mehdiyevin şəklini götüzdürüb” - FOTO

Tarix: 21-01-2026 10:39     Baxış: 328 A- / A+
Çətir məsələsi böyüyür: “Əsas odur ki, Ramiz Mehdiyevin şəklini götüzdürüb” - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ötən gün 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edən zaman çətirini özünün yox, başqasının tutması müzakirələrə səbəb olub.
Prezident İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanını ziyarət edən zamanı çətirini özü tutduğu halda akademiya prezidentinin çətir üçün yanında adam gəzdirməsi birmənalı qarşılanmayıb.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov İ.Həbibbəyli barədə gedən müzakirələr fonunda onunla bağlı bir məhkəmə işindən danışıb.
“Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında "Karvan" restoranı var. Həmin restoran da bu kişinindir. 2015-ci ildə həmin restoranda ofisiant işləyən bir cavan oğlanı çilçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan oradan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitse-prezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəccüb doğururdu. 
Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq çətirini saxlayan da var. Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir”, - deyə o əlavə edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar