Sizin Reklam Burada
Xəbər lenti
22-01-2026
21-01-2026
BÜTÜN XƏBƏRLƏR

Şərurlu İsfəndiyarın restoranında kütləvi dava - Tiktoker döyüldü

Tarix: 22-01-2026 17:17     Baxış: 426 A- / A+
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava - Tiktokeri döydülər
Binəqədi rayonu Azadlıq prospektində yerləşən "Hollywood” restoranında kütləvi dava olub.

Manevr.az
"qafqazinfo”ya istinadən məlumatına görə, hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.

Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub.

Bilal Əlizadə "Star Baku”, "Burju Baku”, "Show Baku”, "Badra Baku”, "Tempo Club” restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır.

Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.

Məşhur iş adamı Şərurlu İsfəndiyara məxsus olan restoranın rəhbərliyi tərəfindən hadisə yerinə polis əməkdaşları çağırılıb. 

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.


Tiktoker Adel (Nurəddin Babayev)


Bilal Əlizadə


Kənan Məmmədov


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar