Sizin Reklam Burada
Xəbər lenti
22-01-2026
21-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bu cərimələr silinir -Vəkil

Tarix: 21-01-2026 21:17     Baxış: 329 A- / A+


Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən “cərimələr” bölməsində pandemiya dövründən qalmış maska və karantin qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin hələ də aktiv olduğunu görür. Halbuki ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı vəkil Babək Umudov Sfera.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.
“Bu o deməkdir ki, karantin dövründə vətəndaşlar barəsində tətbiq edilmiş inzibati cərimələrin məcburi icrası üçün artıq heç bir tədbir görülə bilməz. Ancaq burada bir məqam diqqətə alınmalıdır ki, vətəndaş bu cərimənin ödənişindən qəsdən yayınmamış olsun. Yəni vətəndaş cərimədən yayınmaq üçün gizlənib, icra məmurunun çağırışlarından yayınıbsa və buna görə vətəndaş barəsində axtarış elan edilibsə, bu halda 5 illik müddət dayandırılır və vətəndaş tapıldıqdan sonra müddətin axımı davam edir.
Vətəndaş heç bir yayınma etməyibsə, cərimənin silinməsi üçün onu tətbiq edən orqana yazılı (elektron) qaydada müraciət edərək və müraciətində İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə istinad edərək, ona tətbiq olunmuş inzibati cərimənin silinməsini tələb edə bilər”, - vəkil qeyd edib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar