Sizin Reklam Burada
Xəbər lenti
22-01-2026
21-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bir günlük qar 400 min manatlıq ziyan gətirdi

Tarix: 22-01-2026 08:38     Baxış: 328 A- / A+
Azərbaycanda dünən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti nəticəsində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb və ümumi zərərin təxminən 400 min manat olacağı gözlənilir.

Bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib ki, baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 müraciət daxil olub. Onlardan 403-ü "Avtonəqliyyat vasitələrinin icbari sığortası (OSAGO)", 76-sı "KASKO", 4-ü "Daşınmaz əmlakın icbari sığortası", 1-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrədir.

"Hazırda qiymətləndirilmiş 366 hadisədə ehtimal olunan zərər 254 435 manat təşkil edir, qalan 118 hadisənin qiymətləndirilməsi davam edir. Bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta ödənişləri sığorta hadisəsi kimi tanınan müraciətlər üzrə həyata keçiriləcək. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 400 min manata yaxın olacağı ehtimal edilir", - ASA- dan bildirilib.

Məlumata əsasən, hesabat dövründə müraciətlərin 67 %-i Bakı, 33 %-i isə ölkənin digər bölgələrindən daxil olub.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar