"OpenAI" "ChatGPT"də yetkinlik yaşına çatmayan istifadəçilərin həssas məzmuna çıxışını məhdudlaşdırmaq üçün yeni sistem tətbiq etməyə başlayıb.
Manevr.az xəbər verir ki, şirkət artıq istifadəçinin yaşını birbaşa bildirmədiyi hallarda onun 18 yaşdan kiçik olub-olmadığını davranış nümunələri və hesabın aktivlik tarixi kimi göstəricilər əsasında təxmin edəcək.
Açıqlamaya görə, yaşın səhv müəyyən edildiyini düşünən istifadəçilər Persona xidməti vasitəsilə şəxsiyyət təsdiqləməsindən keçə biləcəklər. Bunun üçün canlı selfi və dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi tələb olunur. "ChatGPT"də yaş təsdiqi üçün ayrıca səhifə də istifadəyə verilib.
Yeni sistem gənc istifadəçiləri qorumaq məqsədi daşıyır və qrafik zorakılıq səhnələri, özünə zərər vermə məzmunu, təhlükəli çağırışlar, cinsi və zorakı rol oyunları, eləcə də sağlam olmayan bədən və gözəllik standartlarını təşviq edən paylaşımları avtomatik şəkildə məhdudlaşdıracaq.
"OpenAI" bu addımı "həssas və potensial zərərli məzmuna məruz qalmanı azaltmaq üçün təhlükəsizlik tədbirləri"nin bir hissəsi kimi qiymətləndirir.milli.az
Xəbər lenti
"ChatGPT" sizdən şəxsiyyət vəsiqəsi tələb edə bilər

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































