Xəbər lenti
"Sənsiz çıxarram əynimdən dinin geymərəm Tanrının..." - Hikmət Nikbin

* * *
Dənizəm, kölgəm də yoxdu,
Məndən ağaclar qorxdu?
Mən dənizə ağac istə İlahidən,
Mən dənizə ya ağac ol İlahidən!
Sənsiz ömür də toxdur
günün yemərəm Tanrının.
Sənsiz çıxarram əynimdən
dinin geymərəm Tanrının.
Ayaqları üstə duran binamın
ürək divarıma yazdığını
dünən oxudum:
-Unuda bildim ki, səni?
Baxmayaraq əllərində
daşıdığın yaxşılıqdır,
baxmayaraq gözlərində
yaşıllıqdır, ala gözlüm,
div kimi üstümə yürüyən
xatirəndən kimsə
qurtarammadı məni.
Ağac olsan
üzünü, gözünü
yaddan çıxarma!
Uzat mənə əllərini!
Hələ də birəm,
hələ də barmaqlarım çəkir qayğımı!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar