Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? - Açıqlama

Tarix: 13-08-2025 15:11     Baxış: 327 A- / A+
Avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra Zəngəzur dəhlizi ilə bağlı vəziyyət maraq doğurur. Belə ki, çoxdandır gözlənilən kommunikasiyaların nə vaxt açılacağı müzakirə mövzusudur.
Manevr.az xəbər verir ki, politoloq Oqtay Qasımov bakupost.az-a açıqlamasında bu kontekstdə Zəngəzur dəhlizinin bərpası və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb.
O bildirib ki, dəhlizin bərpası üçün bir qədər vaxt lazımdır:
“Zəngəzur dəhlizi vaxtilə işlək bir kommunikasiya xətti olub, oradan həm avtomobil, həm də dəmir yolu xətti keçib. Azərbaycan əraziləri işğal olunandan sonra Ermənistanın o zamankı cinayətkar hakimiyyətlərindən olan Serj Sərkisyanın dövründə həm Azərbaycan, həm də Ermənistan ərazilərindəki dəmir yolu relsləri sökülərək satılıb. İndi onun yenidən bərpasına ehtiyac var. Bunun üçün bir neçə mərhələdə proses getməlidir. İlk mərhələ maddi-texniki əsaslandırma olmalıdır. Yəni, hesablanmalıdır ki, burada nə qədər vəsait tələb olunur. Proseslərə start verilsə, hesab edirəm ki, təxminən 2 ilə yaxın vaxt lazımdır. Gücləndirilmiş rejim olarsa, proses bir qədər tez başa çata bilər”.
O.Qasımov Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı da fikirlər səsləndirib. Politoloqun sözlərinə görə, hökmən Ermənistan konstitusiyası dəyişdirilməlidir:
“Yekun sülh müqaviləsi Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsindən sonra baş tuta bilər. Əgər Ermənistan 3 ay sonra referendum keçirib konstitusiya dəyişikliklərini həyata keçirsə, Azərbaycan yekun sülhə hazırdır. Azərbaycan Prezidenti özü də müsahibəsində bəyan etdi ki, konstitusiya dəyişiklikləri həyata keçirilən an biz bu sənədi imzalamağa hazırıq. Bu isə Ermənistandakı siyasi şəraitdən asılı olacaq. Orada hazırda kifayət qədər mürəkkəb proseslər gedir. Eyni zamanda prosesə kənar təsirlərin olacağını da nəzərə almalıyıq. Bu baxımdan düşünürəm ki, Ermənistan parlament seçkilərindən sonra bunu reallaşdıra bilər. Yəni, seçkilərdə Paşinyanın komandası qalib gələcəksə, hakimiyyət davam edəcəksə, o zaman o, konstitusiya dəyişikliklərini həyata keçirmək üçün referenduma gedə bilər. Əks halda fərqli bir mənzərənin şahidi ola bilərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar