Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Vahid Əhmədov Sadıkovla bağlı sensasion fakt açıqladı - Video

Tarix: 13-08-2025 15:27     Baxış: 321 A- / A+
Sabiq deputat Vahid Əhmədov MediaTürk TV-nin qonağı olub.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, Vahid Əhmədovun TV-nin efirindən Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.
Vahid Əhmədov qeyd edib ki, Nəcməddin Sadıkov vaxtilə Ukraynadan alınan silahlarla bağlı mərhum Prezident Heydər Əliyevə yanlış informasiya verib:
“Bizim üçün bu gün əhəmiyyət kəsb edən məsələlərdən biri də Ukrayna ilə bağlıdır. Ukraynanın Azərbaycana münasibəti həmişə yaxşı olub. 1993-cü ildə rəhmətlik Ulu Öndər hakimiyyətdı idi, mən də Baş nazirin birici müaviniydim. Müdafiə ilə bağlı iclas keçirir və burada Ukraynadan silah gətirilməsini müzakirə edirdik. Həmin dövrdə Rusiya bizə silah vermirdi, çətin idi. Müəyyən silahlar çatışmırdı. Onda Ulu Öndər mənə dedi ki, “eşitmişəm sənin Ukraynanın Baş naziri ilə əlaqən yaxşıdır. Oradan təşkil edək, silah gətirək”. Mən də Ukrayna tərəfinin fikirlərini öyrəndim. Onlar razı olduqlarını, əvəzində pul istəmədiklərini dedilər və bunun müqabilində yanacaq istədilər. Müdafiə nazirinə zəng edib lazım olan silahların siyahısını istədim. Siyahını götürüb ora getdik. 100-ə yaxın silah, tank və başqa - nə vardı daşıdıq gətirdik Azərbaycana. Onlar bizə belə bir kömək etdilər, əvəzində biz də yanacaq verdik.
Sonra görün, nə oldu? Deməli, cənab Prezidentin iştirakı ilə gedən iclasda dedilər ki, Ukraynadan gətirilən tanklar bizim ərazidə işləmir. Onda rəhmətlik Ulu Öndər dedi ki, “Vahid müəllim, bu nədir, necə yəni?”. Mən də dedim ki, vallah özləri nə sifariş veriblərsə, onu da gətirmişəm. Nəcməddin Sadıkov da ordaydı, dedi ki, yox biz onları sifariş verməmişik. Bir dəqiqəliyə icazə istədim, getdim məktubu gətirib stolun üstünə qoydum. Dedim, nə sifariş veriblərsə, buradadır. Onda Ümumilli Lider, onlara çox təpindi, dedi, bu nə ayıbdır, utanmırsınız?! Nə sifariş vermisiniz, onu da gətiriblər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar