Sizin Reklam Burada
Xəbər lenti
12-08-2025
11-08-2025
BÜTÜN XƏBƏRLƏR

500 şagirdin başqa məktəbə köçürülməsi xəbərinə - Rəsmi cavab

Tarix: 12-08-2025 17:52     Baxış: 317 A- / A+



Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə çevrilməsi və yüzlərlə şagirdin digər məktəbə köçürülməsi haqda məlumatlar yayılıb. 
Manevr.az xəbər verir ki, bu barədə bir qrup məktəb müəllimi və valideynlər anews.az-a şikayətində bildiriblər. 
Məlumata görə, Lənkəran Təhsil İdarəsinin keçirdiyi iclasda qərar elan edilib ki, məktəb yalnız ibtidai siniflər üzrə fəaliyyət göstərəcək.
Hazırda 700-dən çox şagirdin təhsil aldığı məktəbdə təxminən 200 şagird ibtidai siniflərdə oxuyur. Qalan 500-ə yaxın şagirdin isə Lənkəran şəhər 10 nömrəli məktəbə köçürülməsi planlaşdırılır.
Müəllimlərin bildirdiyinə görə, bu qərarla bağlı onlara heç bir rəsmi sənəd təqdim olunmayıb.
1500-dən çox şagirdin təhsil aldığı 10 nömrəli məktəb artıq iki növbəli qaydada fəaliyyət göstərir və ora əlavə şagirdlərin köçürülməsi müəllim və valideynlərin fikrincə, təhsilin gələcək səviyyəsini sual altına alır. 
Lənkəran-Astara Regional Təhsil İdarəsindən məsələ ilə bağlı "Qafqazinfo"ya bildirildi ki, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin tipinin dəyişdirilməsi şagirdlərin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir: "Təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi, təhsilalanların hərtərəfli inkişafı, keyfiyyətli tədrisin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.  
Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılıb, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilib, onları narahat edən suallara aydınlıq gətirilib.  
Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar