Sizin Reklam Burada
Xəbər lenti
12-08-2025
11-08-2025
BÜTÜN XƏBƏRLƏR

20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlar

Tarix: 12-08-2025 22:21     Baxış: 424 A- / A+
20 il işlədiyi şirkəti məhkəməyə verdi: Vəzifəmi artırmırlarFransada yaşayan 59 yaşlı Lorans Van Vassenhovo 20 il ərzində maaş almasına baxmayaraq, iş yerində ona heç bir vəzifə, tapşırıq verilmədiyini bildirərək telekommunikasiya nəhəngi Orange şirkətini məhkəməyə verib. Qadın bu vəziyyətin onu "məcburi fəaliyyətsizlik" vəziyyətinə saldığını, sosial təcrid və ağır depressiyaya səbəb olduğunu iddia edir.

Lorans 1993-cü ildə, o vaxt France Télécom adlanan şirkətə böyük ambisiyalarla qoşulub.

Onda epilepsiya və bədənin yalnız bir tərəfini iflic edən hemiplejiya diaqnozu qoyulduqdan sonra, o, daha oturaq işə, katib vəzifəsinə keçirilib.

2002-ci ildə başqa işə köçürülmək üçün müraciət edən Lorans tibbi yoxlamadan sonra həmin vəzifəyə yararsız hesab edilib və "rezerv" siyahısına daxil edilib. O vaxtdan etibarən ona nə yeni iş yeri, nə də peşəkar fəaliyyət imkanı verilib.

"Bəli, mənə maaş verirdilər. Amma mənə elə davranırdılar ki, guya mövcud deyiləm", – deyə qadın bildirib. Onun sözlərinə görə, illər ərzində dəfələrlə təlim, vəzifə dəyişikliyi və dəstək istəsə də, nəticə olmayıb. 2015-ci ildə hökumətə və Anti-diskriminasiya üzrə Ali Şuraya şikayət etdikdən sonra da vəziyyət dəyişməyib.

Fransa əmək qanunvericiliyinə görə, işəgötürən sağlamlıq səbəbindən əvvəlki vəzifəsini icra edə bilməyən əməkdaş üçün uyğun alternativ iş tapmaq üçün real səylər göstərməlidir. Lorans isə Orange şirkətinin bu öhdəliyi yerinə yetirmədiyini və onun uzunmüddətli fəaliyyətsizliyinin diskriminasiya olduğunu bildirir.

Qadının vəkili Devid Nabet-Martin də bildirib ki, işəgötürən uzun illər ərzində iş şəraitini təmin etməyib və bu, Fransanın əmək qanunlarına görə diskriminasiya sayılır.

Orange isə qadının "fərdi sosial vəziyyətini nəzərə aldıqlarını" və ən yaxşı şəraiti yaratdıqlarını iddia edib. Şirkət onun üçün yeni vəzifə imkanlarını nəzərdən keçirdiyini, lakin tez-tez xəstəlik məzuniyyətində olduğu üçün bu prosesin baş tutmadığını bildirib. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar