Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Həkim 13 min alıb, əməliyyat adı ilə biopsiya götürüb"

Tarix: 14-08-2025 11:56     Baxış: 327 A- / A+
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova 9 yaşlı övladını onkoloji xəstəlikdən itirən qadının ona göndərdiyi mesajı yayımlayıb.
Manevr.az axşam.az-a istinadla xəbər verir ki, qadın övladının beyin əməliyyatı edildiyini, amma sonradan bunun həkim tərəfindən icra olunmadığını, aldadıldıqlarını iddia edib. O bildirib ki, uşağı Tural Rəhimli müalicə edirmiş.
Q.Ataşova qadınla söhbətini bu sözlərlə ifadə edib:
"Uzun müddətdir mənə müraciət edən bir ana ağır bir hekayə danışır. Əslində onu dinləyəcəkdim. Amma hər kəsin hekayəsini eşitməyə çatdırmıram. Bu gün səsli danışdıq. Qızının ölümündən sonra ana nitqini demək olar ki, itirib. Mənimlə danışanda belə çətin izah edirdi. Onun sözlərinə görə, qızını əməliyyat edən həkimə kassadan kənar 13.600 manat pul ödəyib. Sonra həkim 600 manat ailəyə qaytarıb. Ana iddia edir ki, həkim əməliyyat etdiyini deyib, amma əslində sadəcə biopsiya götürüb. Bu məlumatın doğruluğunu təbii ekspertiza deyə dilər. Nəticədə balaca qızcığaz başındakı xəstəliklə mübarizəni uduzub və həyatdan köçüb. Ana iddia edir ki, bütün dövlət və aidiyyəti qurumlara şikayət etsə də, heç bir müsbət cavab ala bilməyib. Ana iddia edir ki, araşdırmalar həkimin təsiri ilə onun mənafeyinə xidmət edir. Həm də onu deyir ki, doktor ona əməliyystla bağlı zəmanət veribmiş. Bu gün ana hadisəni detalları ilə necə, kimə, nə qədər və hansı yolla pul verdiyini səsli danışacaq. Çətində olsa danışacaq. Mən də həmin səsi sizinlə bölüşəcəyəm.
Əgər adı çəkilən doktor da istəsə, fikirlərini burada dərc etməyə hazıram. O doktora niyə zəng etmədim soruşsanız bunu deyə bilərəm. Bundan əvvəl də onunla bağlı şikayətlərə cavab verməmişdi. Məhz bu səbəblə təkrar özünə sorğu vermədim. Əzizi xalqım, oxuyun. Ailə 13 min kassadan kənar həkimə pul verdiyini iddia edir, RDM kassasına isə 1400 manat köçürüb, sonra əhalimiz yığılıb uşaq üçün 25 min manat toplayıb, bu vəsait də digər özəl xəstəxanasında müalicəyə xərclənib. Uşaq orda dünyasını dəyişib. Ailənin həmin xəstəxanaya 16 min manat borcu qalıb. Xəstəxana da ailəni məhkəməyə verir. Ailə iddia edir ki, Tural Rəhimli bizi başdan aldadıb. Əgər bizi onkologiyaya göndərəcəkdisə, niyə bizə zəmanət verib?".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar