Sizin Reklam Burada
Xəbər lenti
25-04-2026
24-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü

Tarix: 14-08-2025 13:40     Baxış: 3117 A- / A+

Səkkiz il əvvəl "Qoca” ləqəbli Etibar Məmmədovla birlikdə etap zamanı xüsusi təyinatlı vaqondan qaçan məhkum Əli Ağami Qobustandakı qapalı tipli həbsxanaya köçürülüb.


Manevr.az
-ın məlumatına görə, yerli məhkəmə Penitensiar Xidmətin müvafiq təqdimatı əsasında bu qərarı qəbul edib.

Əli Ağami saxlanıldığı ciddi rejimli cəzaçəkmə müəssisəsində rejim qaydalarını pozub. Məhz bu səbəbdən onun həbsxanaya köçürülməsi qərara alınıb.

Qeyd edək ki, Əli Ağami və "Qoca”nın qaçmasına kömək etdiyi üçün müğənni Fədayə Laçın da məhkum edilmişdi. Əməliyyat zamanı baş verən atışmada "Qoca” öldürülüb. Hadisə ilə bağlı Penitensiar Xidmətin o vaxtkı tabor komandiri və bir neçə əməkdaşı da həbs olunmuşdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami əvvəlki qətl cinayətinə görə təyin olunmuş cəzası birləşdirilməklə 20 il, Fədayə Laçın 5 il, tabor komandiri və digər şəxslər isə 9 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Əli Ağami istisna olmaqla digər məhkumlar artıq azadlıqdadırlar."Qafqazinfo”


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar