Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp və Putinin görüşəcəyi Alyaskada sakinlərə təxliyə çağırışı - Risk var

Tarix: 14-08-2025 13:08     Baxış: 321 A- / A+
Tramp və Putinin görüşəcəyi Alyaskada sakinlərə təxliyə çağırışı - Risk var 
ABŞ-nin Alyaska ştatında buzlaqların və qarın yaratdığı bənddə baş verən daşqın təhlükəsi nəticəsində sakinlərə təxliyə çağırışı edilib.
Manevr.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) verdiyi açıqlamaya görə, Alyaskanın paytaxtı Cuno Mendenhall buzlağının yaratdığı bəndin daşması nəticəsində güclü daşqın riski yaranıb.
Yerli medianın verdiyi məlumata görə, yerli hakimiyyət orqanları Cuno sakinlərini ərazini boşaltmağa çağırıb.
Milli Hava Xidmətinin (NWS) rəsmisi Nikol Ferrin daşqın riski ilə bağlı açıqlamasında deyib ki, bu, yeni rekord olacaq.
Geniş bir vadidə yerləşən Mendenhall buzlağı “İntihar” adı verilmiş hövzə ərimiş su gölü üçün buz bəndi rolunu oynayır. Hövzədən su axını 2011-ci ildən bəri fasilələrlə daşqınlara səbəb olub.
Alimlər bildirirlər ki, bu daşqınlar iqlim dəyişikliyinin təsiri ilə ildən-ilə daha da şiddətlənir.
Qeyd edək ki, avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada ilk təkbətək görüş keçirəcək.
İki liderin görüşəcəyi gün daşqın təhlükəsinin baş verməsi diqqət çəkir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar