Xorvatiyanın Dubrovnik kurort şəhəri Avropada ən çox turist axını olan şəhərlərdən biri hesab edilməklə yanaşı, həm də qitənin ən təhlükəsiz şəhəri seçilib.
Manevr.az xəbər verir ki, tur operatoru "Riviera Travel"in yeni tədqiqatının nəticələrinə görə, şəhər bu titulu ən aşağı cinayətkarlıq səviyyəsi və onun çox yavaş artımı sayəsində qazanıb. Bu, şəhərə 100 bal üzərindən 44.14 təhlükəsizlik reytinqi qazandırıb.
Tədqiqatın müəllifləri qeyd edir ki, Ümumdünya İrsinin bu obyekti - "Adriatikın incisi" kimi tanınan Dubrovnik, ziyarətçilərə orta əsr küçələrində və şəhərin möhtəşəm qala divarları boyunca gəzintilər zamanı tam təhlükəsizlik təmin edir. Şəhərin qotik, intibah və barokko üslublu yaxşı qorunmuş memarlığı həqiqi canlı muzey yaradır, tarixin özünü göstərdiyi bir məkandır. Bu sehrli şəhərdə gəzərkən, ziyarətçilər əmin ola bilərlər ki, inanılmaz dərəcədə təhlükəsiz bir yerdədirlər və Dubrovnikin təklif etdiyi hər şeydən rahatlıqla zövq ala bilərlər.
Reytinqdə ikinci yer 55.81 balla Estoniyanın paytaxtı Tallinə, üçüncü yer isə 60.19 balla Polşanın paytaxtı Varşavaya məxsusdur.
2025-ci ildə Avropanın ən təhlükəsiz 10 şəhəri:
1. Dubrovnik, Xorvatiya
2. Tallin, Estoniya
3. Varşava, Polşa
4. Praqa, Çexiya
5. Krakov, Polşa
6. Amsterdam, Niderland
7. Münhen, Almaniya
8. Reykjavik, İslandiya
9. Sürix, İsveçrə
10. Budapeşt, Macarıstan (valyuta.az)
Xəbər lenti
2025-ci ildə Avropanın ən təhlükəsiz şəhərləri - TOP-10

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar