Xəbər lenti
Aktrisanın ölümü ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən açıqlama
Manevr.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova deyib.
O bildirib ki, Ç.Sultanova 2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub:
"İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı leyomiosarkoma təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji Mərkəzdə radioterapiya qəbul edib.
Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməzliyi, kəskin qarın ağrısı əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib.
Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməzliyi yaradan qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastazlar diaqnozu ilə stasionar cərrahi müalicədə olub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib.
Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq".
Qeyd edək ki, aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar