Xəbər lenti
Rayon qeydiyyatında olanlara xoş xəbər
Sağlamlıq haqqında arayış əldə etmək üçün hazırda 40 manat məbləğində dövlət rüsumu ödənilir. Ancaq onu da vurğulayaq ki, bu gün bir çox vətəndaş Bakıda məskunlaşıb və onların əksəriyyəti rayon qeydiyyatındadır. Rayon qeydiyyatında olanlar sağlamlıq haqqında arayışı Bakıdan ala bilərmi?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Cebheinfo.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hər bir vətəndaş müvəqqəti və ya daimi yaşadığı ərazi üzrə ilkin səhiyyə xidməti müəssisəsində tibbi qeydiyyata alınır:
“Vətəndaşın qeydiyyatı ilə yaşadığı ünvan fərqli olduqda, həmin ünvanda müvəqqəti qeydiyyatsız yaşaması haqqında təsdiq edən sənəd (arayış) tələb edilir. Həmin sənəd əsasında vətəndaş müvəqqəti yaşadığı ərazi üzrə ilkin səhiyyə xidməti müəssisəsində ambulator qeydiyyata alınır və tibbi müayinələrə cəlb edilir”.
“Arayışı haradan əldə etmək olar?” sualına cavab olaraq TƏBİB-dən bildirib ki, sənədi mənzil istismar sahəsindən (“JEK”) əldə etmək olar:
““JEK”-dən arayışı alıb ərazidəki poliklinikaya təqdim edilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar