Xəbər lenti
DGK 20 milyonluq şirkəti inzibati məsuliyyətə cəlb etdi

Dövlət Gömrük Komitəsi (DGK) "A ənd J Holdinq” şirkəti barəsində inzibati protokol tərtib edib.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham edilir.
Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Yanvarın 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclasa hakim Günel Səmədova sədrlik edəcək.
"A ənd J Holdinq” 2009-cu ildən fəaliyyət göstərən iri şirkətlərdən biridir. Nizamnamə kapitalı 20 510 540 manatdır.
Ötən ilə qədər şirkətə Əlibala Məhərrəmzadə rəhbərik edib. O, həm də "Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçisidir.
Hazırda "A ənd J Holdinq” şirkətinin rəhbəri Məhərrəmov Fuad Rövşən oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar