ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Atlantik Şuranın iclasında ilin yekunları üzrə qiymətləndirmə çıxışı zamanı görünməmiş etirazla qarşılaşıb.
Manevr.az xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.
Səlahiyyət müddətinin bitməsinə qısa müddət qalan Blinken Bayden administrasiyasının xarici siyasətindən bəhs etdiyi zaman Fələstin tərəfdarları olan fəallar bir neçə dəfə onun çıxışına müdaxilə edib.
"Sizin ancaq bir siyasətiniz var, o da öldürmək", - deyə fəallardan biri qışqırıb.
Zaldan "Soyqırımı naziri. Yüzlərlə günahsız insanın qanı əllərindədir", "Sonsuza qədər "qanlı Blinken" olaraq xatırlanacaqsınız" kimi ifadələr səsləndirilib.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar