Xəbər lenti
Braziliyalı hakim Azərbaycanın vurulan təyyarəsi haqda məqalə yazıb
Braziliyanın federal məhkəmə hakimi, Braziliya Federal Məhkəmə Hakimləri Assosiasiyasının aviasiya hüququ komissiyasının koordinatoru Marselo Honorato Rusiya səmasında vurulmuş Azərbaycan təyyarəsi ilə bağlı məqalə yazıb.
Aviasiya hüququ üzrə professor Marselo Honorato Rusiyada vurulmuş Azərbaycan təyyarəsinin “qara qutu”larını təhlil etmiş Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENİPA) də çalışır (ştatdankənar professor kimi).
Onun “Azərbaycan təyyarəsinin qəzası: günahkarlar cəzasını alacaqmı?” başlıqlı məqaləsi “Consultor Juridica” (“Hüquq məsləhətçisi”) elektron jurnalında dərc edilib. Jurnal 30 ilə yaxındır çıxır, məhkəmə, hüquq sahəsində portuqalca ən nüfuzlu elektron mənbələrdən sayılır. Nəşrin materialları oxuculara daha üç dildə, o cümlədən ingiliscə təqdim edilir.
Azərbaycan Hava Yollarının (AZAL) “Embraer 190” sərnişin təyyarəsi (Braziliyada istehsal olunur) 2024-cü il dekabrın 25-də paytaxt Bakıdan Rusiyaya uçarkən Qroznı şəhəri yaxınlığında raket hücumuna və radioelektron müdaxiləyə məruz qalıb, nəticədə normal idarəetməni itirib. Qroznıya və yaxın Rusiya şəhərlərinə enə bilməyən təyyarə Qazaxıstana yön almağa məcbur qalıb, Xəzər dənizini keçərək Aktau şəhəri yaxınlığında qəza enişi edib. Hadisədə 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı ilə telefon danışığında üzrxahlığını ifadə edib, prezident İlham Əliyev isə Rusiyanı günahkarları cəzalandırmağa, cinayət məsuliyyətinə cəlb etməyə, Azərbaycan dövlətinə, zərərçəkən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməyə çağırıb.
Azərbaycan Rusiyanı hava məkanında təhlükə (ərazinin Ukrayna dronlarının hücumuna məruz qalması) barədə vaxtında xəbər verməməkdə, təyyarənin radioelektron mübarizə vasitələri ilə idarəsiz vəziyyətə salınmasında, yerdən açılan atəş nəticəsində zədələnməsində günahlandırır.
Təyyarənin “qara qutu”ları Braziliyada oxunaraq araşdırmanın davamı üçün Qazaxıstana göndərilib, hələlik nəticələr barədə açıqlama yoxdur.
Novator.az-ın məlumatına görə, Marselo Honorato “Consultor Juridica” jurnalında dərc etdirdiyi məqaləsində yazır ki, ilk dəfə deyil mülki təyyarə səhvən vurulur: “38 nəfərin ölümü ilə nəticələnmiş “Embraer 190” insidentinə qədər də bu cür hadisələr qeydə alınıb. 1983-cü ildə Cənubi Koreyanın, 1988-ci ildə İranın, 2017-ci ildə Malayziyanın, 2020-ci ildə Ukraynanın mülki təyyarələri vurulub. Cənubi Koreya təyyarəsində 279, İran təyyarəsində 290, Malayziya təyyarəsində 289, Ukrayna təyyarəsində 176 nəfər həlak olub.
Beynəlxalq məhkəmələrdə uzun sürən çəkişmələrdən sonra bəzi insidentlər üzrə mülki iş qaydasında razılaşmaya gəlmək mümkün olub: təyyarələri vuran dövlətlər rəsmən üzr istəməklə günahını boynuna alıb, həlak olanların ailələrinə təzminat ödənib.
Cavabdeh şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına gəlincə, tək-tük halda belə hadisə baş verib. Halbuki ən vacibi budur, beynəlxalq uçuşları təhdid altına salan ictimai təhlükəli əməlin kökünü kəsməyin başlıca yolu məhz cavabdehlərin məsuliyyətə cəlb edilməsindən keçir.
1944-cü ildə Çikaqo şəhərində imzalanmış “Beynəlxalq mülki aviasiya haqqında” konvensiyaya və hava azadlıqları barədə çoxtərəfli müqavilələrə əsasən, aviasiyadan kommersiya məqsədilə istifadə hərbə aidiyyəti olmayan fəaliyyət növü, yəni mülki iş kimi qəbul edilir. Amma bu, ayrı-ayrı dövlətlərin hava hücumundan müdafiə sistemlərinin kommersiya uçuşlarına müdaxilə etməsinə və bir neçə dəfə mülki təyyarəni vurmasına mane ola bilməyib.
1983-cü ildə Sovet İttifaqının Saxalin adası üzərində Koreya Hava Yollarına məxsus “Boinq 747” təyyarəsini raketlə vurub 279 adamın ölümünə səbəb olması beynəlxalq aləmdə çox ciddi reaksiya doğurdu və az sonra – 1984-cü ildə Monreal protokolunun imzalanması ilə nəticələndi.
Yeni beynəlxalq aktla üzv ölkələr dövlətin özünümüdafiə tədbirinə əl atmaq məcburiyyətini doğuran hallar istisna edilməklə havada olan mülki təyyarələrə qarşı silah işlətməmək öhdəliyi götürdü. Lakin razılaşma imzalansa da, çox az dövlət onu ratifikasiya etdi, çünki soyuq müharibə dövrü idi və ölkələrin əksəri belə hesab edirdi ki, yeni qayda onların əl-ayağını bağlaya, suverenliyinə mane ola bilər.
Monreal protokolunun beynəlxalq aləmdə hüquqi qüvvəyə minməsi üçün onu minimum 102 ölkənin ratifikasiya etməsi lazım idi. Bu isə yalnız növbəti mülki təyyarə vurulandan – 1988-ci ildə ABŞ hərbçilərinin İran Hava Yollarına məxsus “Airbus 300” təyyarəsinə Hörmüz boğazı səmasında açdığı atəş 290 nəfərin ölümünə səbəb olandan sonra baş verdi.
Monreal protokolu kommersiya təyyarəsini vuran dövlətin beynəlxalq məsuliyyətinin qiymətləndirilməsi baxımından hüquq müstəvisində bir irəliləyiş, yəni beynəlxalq hüquqa dəstək oldu. Amma bu protokolun günahkarları cinayət məsuliyyətinə cəlb etməyə hələ də gücü yetmir.
İran təyyarəsi vurulandan sonra Vaşinqton Beynəlxalq Ədalət Məhkəməsində Tehranla razılaşmaya gəldi, qurbanların ailələrinə təzminat ödəmək və rəsmən üzr istəmək öhdəliyi götürdü.
Son dövrlər iki mülki təyyarənin vurulmasında günahı olanları cinayət məsuliyyətinə cəlb etməyə cəhdlər göstərilir, bunun yolları aranır. Söhbət 2017-ci ildə Malayziya, 2020-ci ildə Ukrayna təyyarəsinin vurulması hadisəsindən gedir.
Malayziya Hava Yollarına məxsus “Boinq 777-200ER” təyyarəsi Ukraynanın şərqindən uçarkən vurulub. Araşdırmalara əsasən, 289 nəfərin həyatına son qoymuş bu hadisəyə Rusiya istehsalı olan “Buk” zenit-raket kompleksindən açılan atəş səbəb olub. Raketi Moskvanın Ukrayna ərazisində dəstəklədiyi separatçı qruplaşma atıb.
Təyyarədə vətəndaşı həlak olmuş ölkələrdən beşi – Avstriya, Belçika, Malayziya, Niderland və Ukrayna hadisəni araşdırmaq üçün birgə istintaq qrupu yaradıb.
Sonradan Ukrayna ilə Niderland digər ölkələrlə də imzalanmış qarşılıqlı anlaşma memorandumlarına istinad etməklə Tallin şəhərində müqavilə bağladı və təyyarə işi Niderland məhkəməsinə verildi (təyyarədə həlak olanların əksəri Niderland vətəndaşıdır). Məhkəmə Rusiyanın iki hərbçisinə və Rusiyaya bağlı bir ukraynalı separatçıya ömürlük həbs cəzası kəsdi, onların üzərinə zərərçəkənlərə 16 milyon avro təzminat ödəmək öhdəliyi də qoydu. Lakin məhkəmə hökmünün icrası hələ də Rusiya dövlətinin buna razılıq verib-verməyəcəyindən asılıdır.
2020-ci ildə Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini İran səhvən vurub. Tehrandan göyə qalxandan az sonra hava hücumundan müdafiə sistemi ilə iki dəfə “yer-hava” tipli raket atılıb, təyyarədəki 176 nəfərin hamısı həlak olub.
İran dövləti raketlərin icazəsiz atıldığını və buna görə aşağı rütbəli bir neçə hərbi qulluqçunun cəzalandırıldığını bəyan etsə də, faciə qurbanlarının ailələri işi Beynəlxalq Cinayət Məhkəməsinə daşımaq qərarına gəldi. Onlar hesab edirlər ki, bütün günahkarlar yetərincə cəzalandırılmayıb, Tehran hadisəni tam şəkildə, hərtərəfli araşdırmağa maraq göstərməyib. Ona görə zərərçəkənlər ədalətin yerini alması üçün Beynəlxalq Cinayət Məhkəməsinə üz tutmaq məcburiyyətində qaldıqlarını vurğulayıblar, yəni işi əlavə instansiyaya – beynəlxalq məhkəməyə daşımalarını bu cür arqumentləşdiriblər.
Beynəlxalq Cinayət Məhkəməsi işi icraya götürüb cinayət təqibinə başlasa, İran vətəndaşlarını mühakimə etsə, onda ədalət yerini yalnız bir halda ala bilər: İran öz vətəndaşlarını məhkəməyə təhvil versin, çıxarılacaq hökmü icraya yönəltsin. Deməli, ədalətin bərqərar olması yenə təqsirləndirilən şəxslərin vətəndaşı olduğu dövlətin mövqeyindən, onun razılığından asılıdır.
Göründüyü kimi, Azərbaycan Hava Yollarına məxsus təyyarənin hava hücumundan müdafiə sistemi ilə vurulduğu rəsmən təsdiqini taparsa, günahkarların cəzalandırılması perspektivi məhduddur.
Dövlətlərin suverenliyi məsələsi cinayət işləri üzrə çıxarılan cəzaların yerinə yetirilməsi məsələsinə hələ də ən böyük maneə olaraq qalır, xüsusilə də cinayəti beynəlxalq gücə malik ölkənin vətəndaşları törədibsə.
Hava hüququ sahəsindəki bəzi müqavilələr “ya cəzalandır, ya təhvil ver” şərti ilə bağlanıb. Yəni dövlət təqsirləndirilən şəxsi məsuliyyətə cəlb edə də bilər, onu təhvil verə də bilər. Belə bir ikili prinsip isə yurisdiksiyada bəhanələrə əl yeri qoyur, cəzasızlıq üçün də şərait yarada bilir.
Başqa bir çətinlik istintaq prosesi ilə bağlıdır. Beynəlxalq qaydaya əsasən, təyyarə qəzasının istintaqı hadisənin baş verdiyi ölkədə aparılmalıdır. Hava təhlükəsizliyinin təmin olunması baxımından zəruri bir qaydadır, çünki aviasiya insidentinin istintaqını yerində, hadisənin baş verdiyi ölkədə aparmaq, əlbəttə, daha asan, daha əlverişlidir.
Amma təyyarələrin vurulması halında bu prinsip açıq-aşkar maraqların toqquşmasına gətirir. Çünki istintaq həmin hava nəqliyyatının vurulmasına görə məsuliyyət daşıyan dövlətin öhdəsinə buraxılır.
Bu normanın dəyişdiriləcəyi isə real görünmür, çünki mülki təyyarələr adətən hava hücumundan müdafiə sistemləri ilə vurulur, bu da öz növbəsində hərbi sirr və suverenlik məsələlərini ehtiva edir”.
Professor Marselo Honorato məqaləsinin sonunda vurğulayır ki, bütün bu problemləri aradan qaldırmaq üçün hüquqi aktlara dəyişiklik edilməlidir: “Məsələn, Beynəlxalq Mülki Aviasiya Təşkilatı kommersiya təyyarələrinin beynəlxalq uçuşlar zamanı vurulması hadisələrinin araşdırılmasına nəzarəti həyata keçirmək üçün beynəlxalq komissiyalar yarada, həmçinin mülki təyyarə hava hücumundan müdafiə sistemi ilə vurulduqda üzv dövlətlərin vətəndaşlarının beynəlxalq cinayətləri araşdıran orqanlara tabe olması haqda beynəlxalq müqavilələr təklif edə bilər. Normativ hüquqi aktlar təkmilləşdirilməlidir. Bu baş verməyincə raketlər hava məkanında sərbəst uçmağa davam edəcək”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar