Sizin Reklam Burada
Xəbər lenti
07-09-2024
06-09-2024
BÜTÜN XƏBƏRLƏR

Minimum əmək haqqı artacaq - Açıqlama

Tarix: 27-07-2024 15:51     Baxış: 380 A- / A+
Minimum əmək haqqı artacaq - Ekspert məbləği AÇIQLADI


Önümüzdəki zamanlarda minimum əmək haqqının artırılacağı ilə bağlı xəbərlər yayılıb. Hazırda 345 manat olan minimum əmək haqqının artım faizi nə qədər ola bilər?
Manevr.az-ın xəbərinə görə, iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a bildirib ki, böyük ehtimalla minimum əmək haqqı yanvarın 1-dən artırılacaq:
“Artımın 10-15% arası olacağı gözlənilir. Ötən il 8.8% infilyasiya olub, bu il də infilyasiya gözlənilir. Ona görə də minimum əmək haqqının artırılmasında bu nüansların nəzərə alınacağını düşünürəm. Amma minimum əmək haqqının artırılması ciddi qərar olduğu üçün ciddi də analizlər tələb edir. Bu ölkədə əməkhaqqlarının şəffaflaşmasına dəstək verir”.
 
Ekspertin sözlərinə görə, burada özəl sektor da qanunvericiliyə riayət etməlidir:
 
“Bu baxımdan minimum əmək haqqının kəskin artırılması ölkədə özəl sektor üçün ciddi surətdə problem yarada bilər. Çünki özəl qurumların imkanlarınn məhdud, zəif olması, işçilərə daha yüksək əmək haqqı verilə bilməməsi problem yaradır. Hökumət işçi xərcinin kəskin artırılması zamanı özəl sektorun qarşılaya biləcəyi məbləği hesablayır. Bu zaman dövlətin özünün də maliyyə imkanları hesablanır”.
 
X.Kərimli qeyd edib ki, minimum əmək haqqı dedikdə maaşların ən aşağı miqdarı nəzərdə tutulur:

“Azərbaycanda əmək qabiliyyətli əhalinin yaşayış minimumu var ki, bu şəxslərə minimum nə qədər məbləğ lazımdır. Minimum əmək haqqı yaşayış minimumundan hazırda da yüksəkdir. Minimum əmək haqqı hər il infilyasiyaya uyğun olaraq artırılır. Önümüzdəki il də maksimim 390-400 manat olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar