Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sirr açılır: Stalinin türk agenti - Ənvər Paşanın qatili olan ermənini o öldürübmüş

Tarix: 19-08-2024 10:53     Baxış: 3247 A- / A+
Ənvər Paşanın yerini sovet kəşfiyyatına bildirən və onun şəhid olduğu basqına rəhbərlik edən Georges Ağabekov “türk” agenti tərəfindən öldürülüb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu detal Stalinin xüsusi əməliyyatlar rəisi Pavel Sudoplatovun xatirə kitabında üzə çıxıb.
Birbaşa Stalindən əmr ala bilən Sudoplatov sovet məxfi xidmətinin xüsusi bölməsinə rəhbərlik edib. 1953-cü ildə “rejimə xəyanət” ittihamı ilə həbs edilən Sudoplatov 1992-ci ildə həbsdən çıxıb. O, 1994-cü ildə xatirələrini "Xüsusi tapşırıqlar - Sovet kəşfiyyatı rəisinin xatirələri" adı altında çap etdirib. Həmin kitabda o vaxta qədər təfərrüatları məlum olmayan sovet qətlləri təsvir edilib.

Kitabda Sudoplatovun komandanlığı altında işləyən bir “türk” killerdən də bəhs edilir. Onun sözlərinə görə, türk killerin öldürdükləri arasında qaçaraq Avropaya sığınan erməni əsilli Georges Ağabekov da var:
Ağabekov Birinci Dünya Müharibəsində Osmanlı ordusunda Baş komandan müavini olan Ənvər Paşanın yerini müəyyənləşdirib. Onun rəhbərliyi ilə 1922-ci il avqustun 4-də Paşanın şəhid olduğu basqın həyata keçirilib.

1920-ci illərdə İstanbulda da xidmət edən Ağabekovun sonu həmin “türk”ün əli ilə gəlib. Xəbərlərdə Ağabekovun İspaniya sərhədindəki Prene dağlarında öldürüldüyü bildirilsə də, o, əslində 1937-ci ildə Parisdə bir evdə öldürülüb. Onun cəsədi çamadana qoyularaq dənizə atılıb. Çamadan isə sonradan tapılmayıb.

Sudoplatov türkün daha bir əməliyyatını da təsvir edib: “Türk və gənc agent Aleksandr Korotkov 1938-ci ildə növbəti terror aktı törətdilər. Litva yəhudisi Ale Taubman adlı gizli agentimiz Trotskinin Avropa təşkilatına rəhbərlik edən Rudolf Klementin etimadını qazanmışdı. Bir gecə o, Klementi şam yeməyinə dəvət etdi. Qonaq gedəcəyi evdə türk və Korotkov onu gözləyirdilər. Türk Klementi bıçaqla öldürdükdən sonra onun başını bədənindən ayırıb, cəsədini çamadana qoyub və Sena çayına atıb”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar