Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Şəkidə təmir olunan maşın yanaraq kül oldu

Tarix: 07-09-2024 20:52     Baxış: 442 A- / A+
Şəkidə təmir olunan maşın yanaraq kül olduŞəki şəhərinin Zərifə Əliyeva küçəsində fəaliyyət göstərən ümumi sahəsi 600 kv.m olan və 10-a yaxın avtomobil təmiri sexindən ibarət obyektdə yanğın baş verib.

Hadisə şahidlərinin sözləri və yanğın yerinin ilkin təhqiqatından sonra bəlli olub ki, rayon sakini Rafiq Həsənov özünə məxsus avtomobili təmir üçün sexdəki ustalardan birinə təhvil verib.

Usta təmir işləri apararkən köməkçisinə avtomobilin yanacaq çənindən benzin çıxarmasını tapşırıb. Hadisə də elə bu anlarda baş verib. Alovlanma baş verən andan yaxınlıqdakı digər sexin işçiləri tədbir görməyə başlayıblar. Həmçinin hadisə yerinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğının genişlənərək bitişik sexlərə keçməsinin qarşısı alınıb. Lakin təmir edilən avtomobilin konstruksiyaları yanıb. Hadisə zamanı tüstüdən boğulma və xəsarət alan olmayıb. Yanğının daha dəqiq başvermə səbəbləri araşdırılır. bizim.media

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar